Azərbaycanca Russin English
İsti xəbərlər:
» Ağsaqqal Azad Məmmədov» Süni intellektin təhsildə yaratdığı inqilab» “Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb» Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub» İsraildə “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın təqdimatı olub» Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir» 🧠🎶 Süni İntellekt və Bəstəkarlıq» Doğum günümde bana» 誕生日にプレゼントをくれますか?— 涙のバラが欲しい:» Osman ALIYEV» Şöhlat Abbas» Azərbaycanın sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı “Sağlam həyat tərzi” İşçi qrupunun iclası keçirilib» Şöhlət ABBAS VÜSAL NƏĞMƏSİ» Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan beynəlxalq piano müsabiqəsi başa çatıb» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vakansiya elan edir.» Dünya şöhrətli plastik cərrah, professor İbrahim Yıldırım vəfat edib» Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti» Seks və İnsan Sağlamlığı: Bədənlə Ruhun Harmoniyası» Səlahiyyətli nümayəndə şəhid övladını ali məktəbə qəbul olunması münasibətilə təbrik edib» Vüsal Qasımlı Polşa İqtisadi Forumunda “Orta dəhliz” kitabını təqdim edib
Pilleler » Siyasət » Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoya cavab

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoya cavab

31.07.2025

Sual: Azərbaycan Respublikasının Xankəndi şəhərində İvan Azvazovskinin büstünün sökulməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Azərbaycan tərəfinin bu addımı dərin təəssüflə qarşılanıb, Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirilir. O, Azərbaycan tərəfini ehtiyatlılıq nümayiş etdirməyə, “abidələrlə müharibəyə”, rus mədəniyyətinin “ləğv edilməsi” tədbirlərinə son qoymağa çağırış edib. Bununla yanaşı, Rusiya Federasiyasının dövlət xəbər agentliyi olan TASS informasiya agentliyində məsələ ilə bağlı dərc olunmuş məqalədə Azərbaycanın Xankəndi şəhəri “Stepanakert” adlandırılıb. Rusiya tərəfinin bu açıqlamalarına dair şərhiniz nədir?

Cavab: Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasına qoşulur.

Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub.

Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.

Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.

Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur.

Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi.

Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi Rusiya ərazisində bir çox yaşayış yerlərini öz əzəli adları ilə qeyd edə bilər.

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.