19 iyun 2026

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədədin üzərindədir: “Ölkə bazarının tələbi 4-4,5 milyon ədəd həddindədir. İstehsal bu tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır. Bu, sırf bazarın tələbinin nəticəsidir”.
M.Həsənli onu da qeyd edir ki, son illərdə dövlətin də dəstəyi sayəsində tələbatdan artıq yumurta istehsalı var: “Bu artıq istehsal neçə ildir davam edir. Nəticədə, yumurta qiymətlərində hər hansı artım, bahalaşma olmur. Eyni zamanda xaricə ixraca nail olmuşuq. İndi də ixrac gedir, yaxın vaxtlarda ixrac həcmləri daha da artacaq. Bazarın dəyişməz qanunudur ki, təklif tələbdən artıq olanda qiymətlər düşür. Son illərdə yumurta ilə bağlı bir neçə dəfə belə halın şahidi olmuşuq”.
İctimaiyyətlə əlaqələr və analitika departamenti




