Azərbaycanca Russin English
İsti xəbərlər:
» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb
Pilleler » Xəbərlər » Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya




Azərbaycan–Yaponiya Dostluq Mərkəzi və Qarabağ Təlim Mərkəzinin birgə təşəbbüsü ilə “Azərbaycan–Yaponiya Aikido və Mədəni Mübadilə Layihəsi 2026” həyata keçirilib. Layihə çərçivəsində Yaponiyadan dəvət olunan aikido ustası Cuniçi Qomita Sensei, diaspor fəalı və Tanabe Şəhər Bələdiyyəsinin Beynəlxalq Mübadilə Mərkəzinin mədəniyyət məsələləri üzrə koordinatoru Minarə Şükürova, Azərbaycandan olan aikidoçular, Azərbaycan Mugenryu Kobudo İdman Klubu İctimai Birliyinin sədri Bəxtiyar Zeynalov, eləcə də beynəlxalq xoreoqraf-baletmeyster Lalə Aslanova Qarabağa səfər ediblər. Səfər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Şuşa səfəri zamanı aikido məşqlərindən və Azərbaycan milli rəqs elementlərinin sintezindən ibarət xüsusi proqram nümayiş olunub. İştirakçıların böyük marağı ilə qarşılanan proqram Azərbaycan və Yaponiya mədəniyyətləri arasında dostluq, qarşılıqlı anlaşma və mədəni harmoniyaya töhfə kimi qiymətləndirilib.

Bununla yanaşı, Qarabağ Təlim Mərkəzində “Gündoğar Odlar Yurdu” adlı tədbir təşkil edilib. Tədbirdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, idman və incəsənət vasitəsilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin Şuşa və Xankəndi şəhərləri ilə tanış olub, Qarabağda aparılan bərpa və inkişaf prosesi, eləcə də bölgənin zəngin tarixi-mədəni irsi barədə məlumatlandırılıblar. Eyni zamanda Xocalı Memorial Kompleksini də ziyarət ediblər.

Bu cür layihələr Azərbaycan və Yaponiya arasında mədəni əlaqələrin genişləndirilməsi, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də beynəlxalq mədəni dialoqun təşviq edilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.