Azərbaycanca Russin English
İsti xəbərlər:
» Yaddaşımda iz qoyanlar SƏMİMİYYƏT ŞAİRİ, GÖZƏL DOST, İDEAL ŞƏXSİYYƏT» Respublika ərazisi üçün 2026-cı il avqust ayına olan hava proqnozu» Yaddaşımda iz qoyanlar İNTİQAM MEHDİZADƏ» Müasir Moda Dəbləri və Sağlamlıq Təsirləri» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub
Pilleler » Xəbərlər » Yaddaşımda iz qoyanlar SƏMİMİYYƏT ŞAİRİ, GÖZƏL DOST, İDEAL ŞƏXSİYYƏT

Yaddaşımda iz qoyanlar SƏMİMİYYƏT ŞAİRİ, GÖZƏL DOST, İDEAL ŞƏXSİYYƏT


















Onunla öz doğma el-obamda – Laçın rayonunun Mişni kəndində tanış olmuşduq. Ot biçini vaxtı idi. Şair Ağa Laçınlı kənd əməkçiləri ilə - kolxozçularla görüşə gəlmişdi. Adını çox eşitmişdim. Şeirlərini oxumuşdum. Amma özünü ilk dəfə görürdüm. Və o qədər nurlu üzü, şirin söhbəti, səmimiyyəti var idi ki, elə bilirdin ən doğma, ən əziz bir qohumundur...

Sonralar tanışlığımız dostluğa çevrildi. Ağa laçınlı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) müəllimi idi. Tez-tez görüşərdik, çox zaman yeni şeirlərini mənə oxuyardı.

O qədər sadə, səmimi, qayğıkeş bir insan idi ki Ağa Laçınlı, hər qayğını, problemini ən yaxının kimi onunla bölüşə bilərdin. O qədər təmənnasız idi ki sanki bu dünyaya elə yaxşılıq etmək üçün gəlmişdi.

Ağa müəllimin “Söhbət sevgidən gedir” adlı bir çeiri var, ilk bəndi belədir:

Saçlarının ucunu

Gah açır, gah hörür qız.

Oğlan “sevirəm” deyir,

Sevincdən hönkürür qız,

Söhbət sevgidən gedir.

Bir zamanlar mən “Laçın” qəzetinin redaksiyasında işləyərkən bu şeirin adında ilhamlanıb bir rubrika açmışdım. Həmin “Söhbət sevgidən gedir” rubrikasına nə qədər oxucu məktubu gəlirdi...

Bir vaxtlar Ağa müəllimin ailəsi 7-ci mikrorayonda yaşayırdı. Yolum onlara düşmüşdü. Dostum məni buraxmadı, gecə qonaq saxladı.

Onda övladları: Fəxri, Oqtay, Azər, Sayalı hələ balaca idilər. İndi dostumun balaları tanınmış yazıçı, jurnalist, ziyalıdırlar və bu, mənim qəlbimi fərəhlə doldurur.

Gülərüz, xoş təbiətli Ağa Laçınlı iş yoldaşlarının, tələbələrin də sevimlisi idi. Bir çətinliyi, problemi olan tələbə ərklə Ağa müəllimə müraciət edər, o da təmənnasız olaraq tələbəyə kömək edərdi.

Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.

1966–1969-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.

Ağa Laçınlı 1970-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

1967–2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-də, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində dünyasını dəyişib. Amma bu böyük insanın, gözəl dostun xatirəsi həmişə qəlbimizdə yaşayır, şeirləri sevənlərə mənəvi qida verir...

Şöhlət Abbas.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.