Azərbaycanca Russin English
İsti xəbərlər:
» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb
Pilleler » Xəbərlər » İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 10 illik yubileyini qeyd edir.

Ötən 10 il ərzində İİTKM 40-dan çox dövlət proqramının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirərək “böyük verilənlər bazası” formalaşdırıb və data-əsaslı idarəetmə modelinin tətbiqinə mühüm töhfə verib. Nəticəəsaslı büdcə, ortamüddətli xərclər çərçivəsi, proqram və layihə idarəetməsi sahəsində aparılan islahatlar Mərkəzin dövlət idarəetməsindəki strateji rolunu daha da möhkəmləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın ən çox islahat aparan ölkələr sırasında yer alaraq 190 dövlət arasında 25-ci pilləyədək yüksəlməsi ən yeni iqtisadi tariximizin mühüm nailiyyətlərindəndir.

İİTKM qlobal miqyasda Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankı kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir, “Böyük İyirmilik” (G20) və “Böyük Yeddilik” (G7) ölkələrinin beyin mərkəzləri platformalarında təmsil olunur, Asiya və Türk dünyası beyin mərkəzləri şəbəkələrinin inkişafında fəal iştirak edir. Mərkəzin qazandığı çoxsaylı beynəlxalq mükafatlar sırasında Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) “Əqli mülkiyyət sahəsində ən yaxşı müəssisə” mükafatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modelini nümunəvi innovativ təcrübə kimi qiymətləndirməsi xüsusi əhəmiyyət kəsb edir.

Son 10 ildə “Web of Science” və “Scopus” bazalarında indekslənmiş nəşrlər, 30 kitab və 840 icmal İİTKM-in beyin mərkəzi kimi məhsuldar fəaliyyətinin göstəricisidir.

Mərkəzin nəzdində fəaliyyət göstərən “Azexport” portalı “Amazon”, “Alibaba Group” və “eBay” kimi qlobal platformalarla əməkdaşlıq quraraq Asiyada ən yaxşı e-ticarət platformalarından biri kimi qiymətləndirilib. Azərbaycanın startap ekosisteminin aparıcı platformasına çevrilmiş “Enterprise Azerbaijan” portalı isə dörd startap məktəbi (“Startup School” layihələri) təşkil edib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 1,5 milyard ABŞ dollarından artıq qeyri-neft ixracı reallaşdırılıb. Rəqəmsal Ticarət Qovşağı isə dünyada ilk dəfə olaraq m-rezidentlik xidmətini təqdim edib.

Mərkəzin əsas missiyalarından biri Azərbaycanda həyata keçirilən iqtisadi islahatların yerli və beynəlxalq səviyyədə sistemli kommunikasiyasıdır. Bu məqsədlə 30-a yaxın rəqəmsal resurs fəaliyyət göstərir. Kommunikasiya fəaliyyətinin mühüm istiqamətlərindən biri dövlət proqramlarının icrası çərçivəsində qurumlararası əlaqələrin təmin edilməsidir. Mərkəzin koordinasiyası ilə dövlət qurumları ilə mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır və məlumat mübadiləsi təmin edilir. Mərkəzin fəaliyyətində beynəlxalq kommunikasiya da xüsusi yer tutur. İnnovativ layihələr vasitəsilə Azərbaycanın iqtisadi potensialının beynəlxalq səviyyədə tanıdılması və ölkənin müsbət imicinin formalaşdırılması istiqamətində kommunikasiya həyata keçirilir.

Beləliklə, on illik fəaliyyəti dövründə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkəmizin iqtisadi inkişaf gündəliyinin analitik və kommunikativ platformalarından birinə çevrilib.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.