Azərbaycanca Russin English
İsti xəbərlər:
» Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu keçirilib» Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub» “Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək» Respublika ərazisində 2025-ci il noyabr ayına olan hava proqnozu» Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb» İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub» Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı» Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma məqsədilə görüşlər keçirilib» Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu» “Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib» Sahibə Qafarova: “Parlamentlərimizin əməkdaşlığı ölkələrimizin və xalqlarımızın qardaşlığına və həmrəyliyinə əsaslanır”» Palçıq vulkanında püskürmə baş verib» Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgi açılıb» ƏMİNƏ YUSİFQIZI VƏFAT EDİB» Səxavət LAÇINLI» Türk dillərinin təbliği və tədqiqi sahəsində professor İsmayıl Kazımovun elmi fəaliyyəti» Respublika ərazisində 2025-ci il  oktyabr ayına olan hava proqnozu» Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb» İİTKM regionlarda nəqliyyat-tranzit layihələrinə baxış keçirir.» “Siqaret – Səssiz Zəhər”
Pilleler » Xəbərlər » Vüsal Qasımlı Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun nümayəndələrini qəbul edib.

Vüsal Qasımlı Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun nümayəndələrini qəbul edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) nümayəndələrini qəbul edib. Görüşdə IPADS -in direktoru xanım Le Nguyen Thien Nga və “Hanoi UNESCO” Səyahət Klubunun nümayəndəsi cənab Nguyen Xuan Quynh iştirak ediblər.

Vüsal Qasımlı Vyetnamın regionda uğurlu iqtisadi siyasətini və Azərbaycan iqtisadiyyatının inkişafını nəzərə alaraq, Vyetnam və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O həmçinin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulan hədəfləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması sahəsində görülən işləri qonaqların diqqətinə çatdırıb. Vüsal Qasımlı dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılan rəqəmsal platformalar - www.azerbaijan2030.gov.az və www.boyukqayidish.gov.az haqqında məlumat verib, bu platformalara süni intellektin inteqrasiyasından və irihəcmli məlumatların effektiv emalından danışıb. O, Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində əldə etdiyi nailiyyətlərin Orta Asiya dövlətlərində böyük maraq doğurduğunu vurğulayıb və bu sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlərin aparıldığını qeyd edib.

Xanım Le Nguyen Thien Nga isə "Siyasətdən Həyata" milli təşəbbüsünün layihə rəhbəri olduğunu qeyd edib və İİTKM ilə əməkdaşlığı genişləndirmək, süni intellektin inteqrasiyası, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, qarşılıqlı seminarların keçirilməsi, hesabatların hazırlanması və birgə tədqiqat layihələrinin inkişafı sahəsində fəaliyyətin davam etdirilməsinə dair niyyətlərini ifadə edib.

Sonra İİTKM-in Monitorinq və Qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə www.boyukqayidish.gov.az platforması nümunəsində dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi prosesinə aid təqdimatla çıxış edib. O, proqramların icra vəziyyətinin qiymətləndirilməsi və effektivliyin artırılması məqsədilə tətbiq edilən metodologiyalar və layihələrin strateji istiqamətləri barədə ətraflı məlumat verib.

Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun nümayəndələri Azərbaycanın dövlət proqram idarəetməsi, o cümlədən monitorinq və qiymətləndirmə sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildiriblər.

IPADS-in direktoru xanım Le Nguyen Thien Nga və “Hanoi UNESCO” Səyahət Klubunun nümayəndəsi cənab Nguyen Xuan Quynh iki dövlət arasında münasibətlərin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Görüşdə həmçinin İİTKM-in İqtisadi Təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli və Monitorinq və Qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Qurban Rzayev də iştirak ediblər.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.