Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » AZURE layihəsinin birinci mərhələsi yekunlaşmaqdadır

AZURE layihəsinin birinci mərhələsi yekunlaşmaqdadır


Ölkənin ən böyük qovşaq yarımstansiyası tikilir
Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi (AZURE) üzrə işlər davam edir. Qeyd edək ki, AZURE layihəsinin icra olunmasında əsas məqsəd Azərbaycanda tikilən 2 qeqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirməkdir. Bunun üçün ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün Respublikanın ən böyük yarımstansiyalarından biri - 500/330 kV-luq “Nəvahi” Enerji Qovşağı tikilir və ordan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir.
AZURE layihəsinin icrası, cari vəziyyət və aktual mövzularla bağlı yeni tikilən “Nəvahi” Qovşaq yarımstansiyasında müşavirə keçirilib. “AzərEnerji” ASC-nin rəhbərliyi, Dünya Bankı və Masdar şirkətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə layihənin gedişatı, qarşıda duran vəzifələr barədə müzakirələr aprılıb. Bildirilib ki, AZURE layihəsi üzrə birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə tikilən yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvahidən Abşerona 500 kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi işi artıq yekunlaşmaqdadır. İcra qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb və birinci mərhələ üzrə işlər son fazadadır. Bununla, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerjisistemə qoşulması öhdəliyi yerinə yetiriləcək.
Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya bankının krediti hesabına “Nəvahi” yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator, əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə 3 il müddətinə icra olunması nəzərdə tutulub.





Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.