Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Vüsal Qasımlı Oksford Universitetində magistr təhsili alacaq.

Vüsal Qasımlı Oksford Universitetində magistr təhsili alacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı təhsilini Oksford Universitetində elmlər magistri səviyyəsində davam etdirəcək. 2025-2027-ci illəri əhatə edəcək təhsil müddətində Vüsal Qasımlı Proqramların İdarəolunması üzrə magistr təhsili alacaq.

V.Qasımlı bundan əvvəl də Oksford Universitetində, UNEC-də və GİPA-da magistr səviyyəli proqramların məzunu olmuş, həmçinin Harvard Universitetində “İqtisadi artımın idarə olunması” kursunu bitirmişdir.

O, 2011-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 2013-cü ildə dosent, 2019-cu ildə iqtisad elmləri doktoru və 2024-cü ildə professor elmi adı almışdır.

Vüsal Qasımlı Oksford Universiteti, Harvard Universiteti, Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Seulun Hanyan və Hankuk Universitetləri və Rio-de-Janeyro Universitetində ictimai mühazirələr oxuyub. 2013-cü ildə Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışıb. Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatını alan V.Qasımlı dövlət işində təcrübəsi ilə yanaşı Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışıb.

O, Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi və BMT-nin Asiya və Sakit Okean Komissiyasının milli koordinatoru olub. Onun 20 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi, o cümlədən iki dərslik, dörd dərs vəsaiti, üç dərs proqramı və iki monoqrafiyası var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Vüsal Qasımlı "Tərəqqi" medalı və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.