Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » "Enterprise Azerbaijan" portalının "Startup School 3" layihəsinin açılış mərasimi keçirilib.

"Enterprise Azerbaijan" portalının "Startup School 3" layihəsinin açılış mərasimi keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının rəsmi açılış mərasimi keçirilib.

Tədbirin açılışını İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı edib. O, çıxışında “Startup School” layihələrinin innovasiya və sahibkarlıq ekosisteminin inkişafındakı rolunu vurğulayıb, proqramın əvvəlki mərhələlərdə region ölkələri arasında innovativ əməkdaşlıq platforması yaratmaq baxımından əhəmiyyətini diqqətə çatdırıb. Prof. Vüsal Qasımlı qeyd edib ki, layihə startapların bilik və bacarıqlarının artırılmasına, onların innovasiya ekosisteminə inteqrasiyasına və qlobal bazarlara çıxışına mühüm töhfə verir.

Tədbirdə həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış ediblər. Onlar innovasiya sahəsində bu cür beynəlxalq təşəbbüslərin önəmini vurğulayaraq, dövlət qurumları ilə startaplar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 3” layihəsi ilə bağlı ətraflı təqdimatla çıxış edib. O, bu mərhələdə layihəyə olan beynəlxalq marağın və geniş tərəfdaşlıq imkanlarının Azərbaycanın innovasiya ekosisteminin uğurlu inkişaf göstəricisi olduğunu bildirib.

“Startup School 3” layihəsinin tərəfdaşları “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim və “Baku Holiday Travel” şirkətinin direktoru Ramil Rzayev də çıxış ediblər. Onlar layihə çərçivəsində əməkdaşlıq imkanlarından məmnunluq ifadə edərək, bu tip təşəbbüslərin birgə təşkilinin ekosistem üçün daha uğurlu nəticələr gətirəcəyini vurğulayıblar. Onlar bildiriblər ki, Akselerasiya proqramı ümumilikdə ekosistemin inkişafına ciddi töhfələr verməklə yanaşı, tərəfdaş təşkilatların da bu sahədə inkişafına, xüsusilə ekosistem oyunçuları arasında əlverişli əməkdaşlıqların formalaşmasına təkan verir.

Qeyd edək ki, “Startu

Qeyd edək ki, “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına Azərbaycan, Türkiyə, Pakistan, Qırğızıstan, Gürcüstan və Cənubi Koreyadan ümumilikdə 148 müraciət daxil olub. Onlardan 126 layihə ilkin seçim mərhələsini uğurla keçərək akselerasiya proqramının təlim sessiyalarında iştirak hüququ qazanıb.

Təlim və mentorluq xidmətləri avqust, sentyabr və oktyabr aylarında beynəlxalq səviyyəli ekspertlər tərəfindən həyata keçiriləcək. Proqramın yekun mərhələsində – Demoday tədbirində – seçilmiş startaplar beynəlxalq vençur fondlarının nümayəndələrindən ibarət jüri qarşısında təqdimatla çıxış edəcəklər.

“Enterprise Azerbaijan” portalı akselerasiya proqramının icrasında 10 ölkədən 39 təşkilatla – 21 yerli və 18 xarici qurumla əməkdaşlıq edir. Proqrama ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycanı təmsil edən 5 vençur fondu da tərəfdaş kimi qoşulub.

“Startup School 3” layihəsi innovativ ideyaların dəstəklənməsi, dayanıqlı və rəqəmsal sahibkarlıq mühitinin təşviqi, eləcə də regional və beynəlxalq şəbəkələrin qurulması baxımından əhəmiyyətli platforma kimi çıxış edir.

p School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına Azərbaycan, Türkiyə, Pakistan, Qırğızıstan, Gürcüstan və Cənubi Koreyadan ümumilikdə 148 müraciət daxil olub. Onlardan 126 layihə ilkin seçim mərhələsini uğurla keçərək akselerasiya proqramının təlim sessiyalarında iştirak hüququ qazanıb.

Təlim və mentorluq xidmətləri avqust, sentyabr və oktyabr aylarında beynəlxalq səviyyəli ekspertlər tərəfindən həyata keçiriləcək. Proqramın yekun mərhələsində – Demoday tədbirində – seçilmiş startaplar beynəlxalq vençur fondlarının nümayəndələrindən ibarət jüri qarşısında təqdimatla çıxış edəcəklər.

“Enterprise Azerbaijan” portalı akselerasiya proqramının icrasında 10 ölkədən 39 təşkilatla – 21 yerli və 18 xarici qurumla əməkdaşlıq edir. Proqrama ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycanı təmsil edən 5 vençur fondu da tərəfdaş kimi qoşulub.

“Startup School 3” layihəsi innovativ ideyaların dəstəklənməsi, dayanıqlı və rəqəmsal sahibkarlıq mühitinin təşviqi, eləcə də regional və beynəlxalq şəbəkələrin qurulması baxımından əhəmiyyətli platforma kimi çıxış edir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.