Azərbaycanca Russin English
İsti xəbərlər:
» Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu keçirilib» Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub» “Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək» Respublika ərazisində 2025-ci il noyabr ayına olan hava proqnozu» Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb» İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub» Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı» Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma məqsədilə görüşlər keçirilib» Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu» “Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib» Sahibə Qafarova: “Parlamentlərimizin əməkdaşlığı ölkələrimizin və xalqlarımızın qardaşlığına və həmrəyliyinə əsaslanır”» Palçıq vulkanında püskürmə baş verib» Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgi açılıb» ƏMİNƏ YUSİFQIZI VƏFAT EDİB» Səxavət LAÇINLI» Türk dillərinin təbliği və tədqiqi sahəsində professor İsmayıl Kazımovun elmi fəaliyyəti» Respublika ərazisində 2025-ci il  oktyabr ayına olan hava proqnozu» Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb» İİTKM regionlarda nəqliyyat-tranzit layihələrinə baxış keçirir.» “Siqaret – Səssiz Zəhər”
Pilleler » Xəbərlər » Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir.

Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir.

Azərbaycan və ABŞ dövlət başçılarının görüşü, görüş zamanı qəbul edilən qərarlar, imzalanan sənədlər Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. Beləliklə də, ABŞ dövlət başçısının şahidliyi ilə razılaşdırılan sülh müqaviləsi, Qafqazda 30 ildən artıq davam edən münaqişəsinin tarixə qovuşmasına və regionda dayanıqlı sülhün bərqərar olmasına real zəmin yaradır. Xüsusilə, ATƏT-in Minsk qrupunun ləğvi, ölkəmizə qarşı ədalətsiz münasibətin göstəricisi olan 907-ci düzəlişin ləğvi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırıl-ması istiqamətində əldə olunan razılaşmalar iqtisadi inkişaf üçün də etibarlı əsaslar formalaşdırır. Uzun müddətdir münaqişə zonası kimi yadda qalan Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir. ABŞ liderinin iştirakı ilə Ermənistan-Azərbaycan münaqi-şəsinin həllinə dair sülh müqaviləsinin paraflanması, regiona sülh gəlməsi uzunmüddətli iqtisadi tərəqqi üçün də real zəmin formalaşdırır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun fikrincə, səfərin ABŞ Prezidentinin rəsmi dəvəti ilə reallaşması bir çox məsələlərə aydınlıq gətirir. Bu, ilk növbədə, Azərbaycan Prezidenti-nin dünyanın aparıcı liderlərindən biri olduğunu ifadə edir, Azərbaycan dövlətinin etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir və bütün dünyada ölkəmizə olan inamın, etimadın bir göstəricisi kimi də qəbul edilə bilər.

A.Əsədov hesab edir ki, ilk növbədə, Zəngəzur dəhlizinin “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” adı ilə açılması razılaşdırılıbdır ki, bu da mühüm regional və qlobal əhəmiyyət malikdir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında quru bağlantı yaradacaq dəhliz həm Naxçıvanla fasiləsiz quru yol əlaqəsini təmin edəcək, həm də Türkiyəyə birbaşa yol açaraq regionda yeni nəqliyyat xəritəsi formalaşdıracaq. Eyni zamanda, bu, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan, lakin icrası illərlə Ermənistan tərəfindən uzadılan məsələnin uğurla reallaşması deməkdir. Dəhlizin açılması Azərbaycan və Ermənistanın xarici bazarlara çıxışını asanlaşdırmaqla, hər iki ölkənin ticarət əlaqələrinin inkişafına təkan verəcəkdir. Digər tərəfdən, beynəlxalq yük daşınmalarının intensivliyinə şərait yaradacaqdır ki, bu da dünya ticarətinin inkişafına, dünya dövlətləri arasında əmtəə bölgüsünün balanslaşdırılmasına kömək edəcəkdir.

Onun fikrincə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfər regionda etibarlı sülhün bərqərar olması, qlobal və regional təhlükəsizlik, Azərbaycan-ABŞ münasibətlərində Bayden dövründə yaranmış soyuqluğun aradan qaldırılması kimi məsələlərə də öz töhfəsini verəcəkdir. Təbii ki, səfərin siyasi-strateji əhəmiyyəti ilə yanaşı, Prezidentlər arasında keçirilən yüksəksəviyyəli danışıqlar iqtisadi münasibətlərin inkişafına da təsirsiz ötüşməyəcək.

Səfər zamanı Azərbaycan-ABŞ arasında strateji tərəfdaşlığa dair müvafiq sənəd imzalanıb, eləcə də bu istiqamətdə inkişaf məqsədilə Strateji İşçi Qrup yaradılıb. Sənəd üç istiqaməti əhatə edir:

1. Enerji, ticarət və nəqliyyat;

2. Rəqəmsallaşma və süni intellekt məsələləri;

3. Müdafiə və təhlükəsizlik məsələləri.

Hər üç istiqamət olduqca mühüm siyasi-strateji və iqtisadi əhəmiyyətə malikdir. Dünyanın bir nömrəli dövləti ilə qeyd edilən istiqamətlərdə münasibətlərin inkişafı, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının da inkişafına öz töhfəsini verəcəkdir. Regiona sülhün gəlməsi ilə müxtəlif sahələrə milyardlarla investisiyalar, yeni texnika və texnolo-goiya cəlb ediləcəkdir. Ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatı məhsulları istehsalı, müxtəlif xidmət sahələri, yenidən qurulan bu ərazilərdə rəqəmsallaşma və süni intellektdən istifadə kimi istiqamətlər amerikalı iş adamları üçün cəlbedici ola bilər. Aydındır ki, sülh yalnız siyasi qərar deyil, həm də uzun-müddətli iqtisadi tərəqqiyə açılan qapıdır. Bu mənada, Cənubi Qafqazın bir əməkdaşlıq regionuna çevrilməsi ümumi iqtisadi tərəqqi üçün yeni imkanlar yaradacaqdır.

İqtisad elmləri doktoru qeyd edir ki, dövlət başçıları arasında dostluq münasi-bətləri, keçirilən yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin inkişafı üçün mühümdür və liderlər diplomatiyası daha etibarlı, davamlı və intensiv münasibətlər formalaşdırır. Bu mənada, Azərbaycan və ABŞ Prezidentlərinin dostluq münasibətləri, bir çox məsələlərdə oxşar baxışları yeni strateji müttəfiqlik üçün sarsılmaz əsasdır.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.