Azərbaycanca Russin English
İsti xəbərlər:
» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI
Pilleler » Xəbərlər » Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanması xəbəri bütün xalqımızın qəlbində dərin sevinc və qürur hissləri doğurmuşdur. Bu tarixi sənəd, uzun illər ərzində xalqımızın gözlədiyi ədalətin bərqərar olmasının, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün möhkəmlənməsinin parlaq təzahürüdür.
Sizin müdrik və qətiyyətli liderliyiniz nəticəsində əldə olunan bu böyük uğur, təkcə regionda dayanıqlı sülhün əsasını qoymur, həm də Azərbaycan xalqının beynəlxalq aləmdə haqq səsinin daha gur eşidilməsinə xidmət edir. Bu nailiyyət, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, gələcək nəsillərə qürur mənbəyi olacaqdır.

Xaricdə yaşayan bir azərbaycanlı kimi, Vətənimizin bu tarixi qələbəsini bütün varlığımla hiss edir və bu uğurun sevincini xalqımızla bölüşürəm. Biz – dünyanın hər yerində yaşayan həmvətənlərimiz – Azərbaycan dövlətinin gücünə, Prezidentimizin uzaqgörən siyasətinə və xalqımızın birliyinə güvənərək daha işıqlı gələcəyə inamla baxırıq.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı inkişaf və əbədi sülh arzulayıram.

Sonsuz hörmət və ehtiramla,  

Səadət Şükürova İsrailov,
İsraildə yaşayan fəal diaspora üzvü,
“Azİz” Beynəlxalq Assosiasiyanın vitse-prezidenti
“Dona Qrasiya Diplomatiya” Mərkəzinin sədri


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.