Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Elməddin Mehdiyev nüfuzlu quruma üzv olub.

Elməddin Mehdiyev nüfuzlu quruma üzv olub.

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin olunub. E.Mehdiyevin namizədliyi rəsmi olaraq Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb.
BMT Baş katibinin təyinatı ilə sözügedən Məşvərət Qrupuna Azərbaycandan əlavə Kanada, Fil Dişi Sahili, Danimarka, Qambiya, Almaniya, Niderland, Niger, Norveç, Qətər, Cənubi Afrika Respublikası və İsveçin namizədləri üzv olublar. 3 il müddətinə təyin olunmuş ümumilikdə 23 üzvdən ibarət olan və ildə iki dəfə toplanan Məşvərət Qrupu BMT Baş Katibinə humanitar fəaliyyətlər, o cümlədən CERF-in işi ilə bağlı müvafiq tövsiyələr verirlər.
BMT Baş katibinin humanitar məsələlər üzrə müavininin rəhbərliyi altında fəaliyyət göstərən CERF dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların aradan qaldırılması üçün təcili maliyyə yardımının göstərilməsini bilavasitə təşkil edən BMT-nin əsas qurumlarından biridir.
Azərbaycan nümayəndəsinin qeyd edilən quruma təyin olunması ölkəmizin donorluq fəaliyyətinin uğurunun və beynəlxalq birlik tərəfindən təqdir olunmasının göstəricisidir.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.