Azərbaycanca Russin English
İsti xəbərlər:
» Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu keçirilib» Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub» “Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək» Respublika ərazisində 2025-ci il noyabr ayına olan hava proqnozu» Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb» İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub» Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı» Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma məqsədilə görüşlər keçirilib» Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu» “Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib» Sahibə Qafarova: “Parlamentlərimizin əməkdaşlığı ölkələrimizin və xalqlarımızın qardaşlığına və həmrəyliyinə əsaslanır”» Palçıq vulkanında püskürmə baş verib» Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgi açılıb» ƏMİNƏ YUSİFQIZI VƏFAT EDİB» Səxavət LAÇINLI» Türk dillərinin təbliği və tədqiqi sahəsində professor İsmayıl Kazımovun elmi fəaliyyəti» Respublika ərazisində 2025-ci il  oktyabr ayına olan hava proqnozu» Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb» İİTKM regionlarda nəqliyyat-tranzit layihələrinə baxış keçirir.» “Siqaret – Səssiz Zəhər”
Pilleler » Xəbərlər » Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Süni intellekt və fizika” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Süni intellekt və fizika” mövzusunda tədbir keçirilib.








Əqli Mülkiyyət Agentliyində süni intellekt haqqında maarifləndirici tədbir keçirilib


Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mübariz Məmmədli texnologiyaların inkişafı və onların insan həyatına təsiri, sənaye inqilabının mərhələləri və sosial-iqtisadi transformasiyadakı rolu barədə çıxış edərək Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun bu sahədə bir sıra araşdırmalarının olduğunu qeyd edib. O, cari ilin aprelində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə daimi komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan Müəllliflik hüququ və generativ süni intellekt üzrə məlumat sessiyasında professor K.İmanovun Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri adından “Süni intellekt və müəlliflik hüququ” mövzusunda məruzə etdiyini diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Sivas Cumhuriyet Universitetinin Fizika ixtisası üzrə məzunu Zeynəb Cəlilova “Süni intellekt və fizika” mövzusunda təqdimat edib. O, süni intellektin təhsildə, elmi araşdırmalarda və gündəlik həyatda yeni üfüqlər açan bir güc olduğunu diqqətə çatdırıb. Məruzədə fizikanın müxtəlif sahələrində süni intellektin imkanlarından istifadə edilərək əldə olunan nailiyyətlərə toxunulub. Qeyd edilib ki, süni intellekt təhsildən tibbə qədər bir çox sahədə sürətlə yayılmaqdadır və buna əsasən demək olar ki, süni intellekt özündə həm güclü imkanlar, həm də ciddi ehtiyat tələb edən problemlər daşıyır.

İnteraktiv keçən tədbir mövzu ətrafında müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Tədbir çərçivəsində təşkil olunan sərgidə RETK-nın fondunda olan süni intellekt və fizika sahələrinə aid nəşrlər nümayiş etdirilib. Sonra tədbir iştirakçıları kitabxananın “Nadir fondu” ilə tanış olublar.

Sonda Z.Cəlilovaya sertifikat təqdim olunub, Ulu Öndərin büstü önündə xatirə fotoşəkli çəkilib.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Kooperasiya Universitetinin nümayəndələri iştirak ediblər.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.