Azərbaycanca Russin English
İsti xəbərlər:
» Ağsaqqal Azad Məmmədov» Süni intellektin təhsildə yaratdığı inqilab» “Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsində fərdi mentorluq mərhələsi başlayıb» Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub» İsraildə “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın təqdimatı olub» Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir» 🧠🎶 Süni İntellekt və Bəstəkarlıq» Doğum günümde bana» 誕生日にプレゼントをくれますか?— 涙のバラが欲しい:» Osman ALIYEV» Şöhlat Abbas» Azərbaycanın sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı “Sağlam həyat tərzi” İşçi qrupunun iclası keçirilib» Şöhlət ABBAS VÜSAL NƏĞMƏSİ» Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan beynəlxalq piano müsabiqəsi başa çatıb» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vakansiya elan edir.» Dünya şöhrətli plastik cərrah, professor İbrahim Yıldırım vəfat edib» Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti» Seks və İnsan Sağlamlığı: Bədənlə Ruhun Harmoniyası» Səlahiyyətli nümayəndə şəhid övladını ali məktəbə qəbul olunması münasibətilə təbrik edib» Vüsal Qasımlı Polşa İqtisadi Forumunda “Orta dəhliz” kitabını təqdim edib
Pilleler » Xəbərlər » Kəlbəcərin milli iqtisadiyyata töhfəsi böyük olacaq.

Kəlbəcərin milli iqtisadiyyata töhfəsi böyük olacaq.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi – məskunlaşma da sürətlə davam edir. Avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlət başçısı Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası başlayır. Kəlbəcər rayonunda da yeni yaşayış kompleksinin, istirahət parkının bünovrəsi qoyuldu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı edildi, eyni zamanda dövlət başçısı rayona gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisuTunelinin texniki açılışını da etdi. Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı, Kəlbəcərin Azərbaycan iqtisadiyyatına, ölkəmizin digər ərazilərinə daha yaxından inteqrasiya imkanları yarandı.

Bütün bunlarla bağlı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirir ki, Kəlbəcər ölkə iqtisadiyyatına nəzərə çarpacaq qədər qatqı vermək potensialına malik, təbii-iqtisadi resurslarla zəngin bir rayondur. Rayonun qızıl, mis, civə və digər qiymətli material ehtiyatları, yüzlərlə müxtəlif dərdlərin dərmanı olan müalicəvi bulaqlar, dağ, yaylaq, kanat, qış turizminin inkişafı üçün geniş imkanlar, dərman bitkiləri, heyvandarlığın inkişafı imkanları, arıçılığın inkişafı üçün münbit şərait və s. Bu siyahını daha da genişləndirmək mümkündür. Bütün bunların məcmusu onu deməyə əsas verir ki, ilkin proqnozlara görə, Kəlbəcər iqtisadiyyatı ölkə iqtisadiyyatına, ən azından 2-3 faizlik töhfə vermək imkanındadır.

Qeyd edilən imkanların reallaşdırılması isə, təbii ki zəruri infrastruktur quruculuğu və lazımi bazarlara asan çıxış ilə mümkündür. Baxımdan, Toğanalı-Murovdağ-İstisu tuneli, Kəlbəcər-Laçın yolu, Laçın şəhərində istismara verilmiş beynəlxalq hava limanı olduqca mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, bu yollar, eləcə də rayonun öz daxilində yaşayış məntəqələri arasında salınan müasir yollar inteqrasiya və bazarlara çıxış üçün mühüm əhəmiyyət kəsb edir. 81 kilometrlik Toğanalı-Kəlbəcər-İstisu yolunun 11.6 kilometrini Murov dağının altından salınan tunel təşkil edir. Artıq işlərin yekunlaşmaq üzrə olduğu bu tunel mürəkkəb relyefə malik Kəlbəcərlə ilin bütün fəsillərində rahat əlaqə saxlamaq imkanı yaradacaqdır. Ümummilli Lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” fikri yolların əhəmiyyətini tam mənası ilə ifadə edir. Harada yol var, orada inkişaf var, ona görə ki, yollar istehsal-satış proseslərini tamamlamağa və beləliklə də fasiləsiz fəaliyyəti təmin etməyə şərait yaradır.

Bu gün Kəlbəcərə Laçından, Murovdan (Ömər aşırımı), Ağdərədən, Suqovuşandan getmək mümkündür yaxın zamanda Toğanalı-Murovdağ-İstisu yolu da istifadəyə veriləcəkdir ki, bu da rayonun və regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 76 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolu, yol üzərində tunellərin, yol ötürücülərinin inşası davam etdirilir. Bu yol Kəlbəcərin Laçın Beynəlxalq Hava limanı ilə əlaqələrini intensivləşdirəcəkdir.

Gələcəkdə isə Kəlbəcərə dəmir yolunun çəkilişi nəzərdə tutulur ki, bu da regionun dəmir yolu ilə də beynəlxalq nəqliyyat dəhlizlərinə çıxışına imkan verəcəkdir. Ən əsas məqamlardan biri odur ki, uzun illər sərt relyefə malik yolların ümidinə qalmış Kəlbəcərə artıq dəmir yolu çəkilməsinin də konseptual layihəsi hazırlanıb. Dəliməmmədli-Kəlbəcər dəmiryol xətti əsasən sərt iqlim şəraiti ilə fərqlənən Kəlbəcər və Laçın rayonlarının turizm perspektivli ərazilərinin potensialından istifadədə, eləcə də sərnişinlər üçün avtomobilə alternativ nəqliyyat xidmətlərinin təqdim edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. O cümlədən, dəmir yolunun çəkilişi regionda fəaliyyət göstərəcək təsərrüfat subyektlə-rinin, istehsalçıların bazara çevik və asan çıxışına şərait yaratmaqla dinamik inkişafına töhfə verəcəkdir. Bütün bunlar, nəinki qısa zamanda Kəlbəcərdə qaynar həyatı tam bərpa edəcək, eləcə də ümumilikdə regionun inkişafına ciddi töhfə verəcəkdir.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.