Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Gürcüstanda yaşayan azərbaycanlı gənclər yay düşərgəsində

Gürcüstanda yaşayan azərbaycanlı gənclər yay düşərgəsində







Gürcüstanın Dmanisi rayonunda bu ölkədə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə Yay Düşərgəsi təşkil olunub. Düşərgədə Marneuli, Rustavi, Laqodexi, Bolnisi, Qardabani, Saqareco və Dmanisidə yaşayan 25 gənc iştirak edib.

Düşərgənin proqramına Azərbaycan dili dərsləri, əyləncəli, intellektual oyun və yarışlar, müxtəlif istiqamətli təlimlər daxil olub.

Düşərgənin 1-ci günündə iştirakçılar Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

“Dmanisi Tədris Mərkəzi”nin rəhbəri Kamran Xıdırov gənclər qarşısında çıxış edərək düşərgənin əhəmiyyəti barədə danışıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sabit Məmmədov Gürcüstanda yaşayan gənclərimizin inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Düşərgənin müxtəlif günlərində tarixçi Alxan Məmmədov “Gürcüstan Azərbaycanlılarının tarixi”, “Qanun” Hüquqi Yardım Mərkəzinin vəkili Əli Bədirov isə “Gürcüstan qanunları və Konstitusiyası” mövzularında mühazirə ilə çıxış ediblər.

İştirakçılar düşərgə müddətində Dmanisi tarix muzeyinin fəaliyyəti ilə tanış olub, Dmanisi Milli Parkında təşkil olunan əyləncəli proqramda iştirak ediblər. Gənclər daha sonra Dmanisi Sionisini ziyarət edərək qədim insanların məskənləri və arxeoloji tapıntılarla bağlı məlumat alıblar.

Gənclər Borçalı aşıq məktəbinin nümayəndəsi aşıq Kamandarla (Qurbanov) da görüşüblər. Aşıq Kamandarın Azərbaycan aşıq sənəti barədə çıxışı gənclərdə bu sənətə qarşı böyük maraq oyadıb.

Düşərgə iştirakçıları Ülkər Məmmədova, Cavan Nəbiyev və Həmayıl İbrahimova yerli mətbuata müsahibələrində düşərgənin onlar üçün yeni dostluqlar qurmaq, faydalı biliklər qazanmaq, tarixi məlumatlarla tanış olmaq və təcrübə əldə etmək baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Yay Düşərgəsi işini yekunlaşdırıb və sonda gənclərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində “Dmanisi Tədris Mərkəzi”nin təşkilatçlığı ilə baş tutub.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.