Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vakansiya elan edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vakansiya elan edir.

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi

Vəzifə öhdəlikləri:

1. İqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılması üçün uyğun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi;

2. Monitorinq və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;

3. Monitorinq və qiymətləndirmənin səmərəli həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və müvafiq olaraq onların qiymətləndirmədə tətbiqi istiqamətində təkliflər hazırlamaq;

4. Dövlət proqramlarının səmərəsinin qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və icrasını təmin etmək;

5. Monitorinq və qiymətləndirmə ilə bağlı dövrü hesabatları hazırlamaq və təqdim etmək;

6. Monitorinq və qiymətləndirmə ilə bağlı məlumatların (o cümlədən, statistik informasiyaların) yığımını təşkil etmək (birbaşa və dolayı mənbəələrdən) və bu məlumatların qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq;

7. Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;

8. Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;

Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası);

Staja dair tələb: müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır);

Dil bilikləri: Azərbaycan vəingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;

Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV faylını ad və soyadla adlandırmaqla 2025-ci il 30 sentyabr tarixinədək vacancy@ereforms.gov.azelektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı), CV faylında müraciət edənin adı və soyadının qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.