Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan beynəlxalq piano müsabiqəsi başa çatıb

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan beynəlxalq piano müsabiqəsi başa çatıb

Avstriyanın paytaxtı Vyanada Azərbaycan






klassik musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Sounds of the Land of Fire” (“Odlar Yurdunun Sədaları”) adlı ikinci beynəlxalq piano müsabiqəsi başa çatıb.

Müsabiqə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.

Bu genişmiqyaslı layihənin direktoru Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadədir. Proqramın ərsəyə gəlməsində Abuzər Manafzadə (müsabiqənin məsləhətçisi), Sabina Rzazadə (incəsənət üzrə məsləhətçi), Ramazan Nəbiyev (müavin və informasiya texnologiyaları üzrə məsləhətçi), Elçin Bağırov (maliyyə üzrə məsləhətçi) və Raul Məmmədzadənin (mədəni təşkilatlarla əməkdaşlıq üzrə köməkçi) böyük rolu olub.

Beynəlxalq piano müsabiqəsinin final mərhələsi Vyana şəhərinin mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında, laureatların qala-konserti isə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bu mötəbər tədbirin qala-konsertinə ev sahibliyi etməkdən qürur duyduğunu bildirib. O, müsabiqənin ikinci dəfə keçirilməsini və dahi bəstəkar Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmasını yüksək qiymətləndirib.

Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadə isə iştirakçıların həm istedad, həm də cəsarət nümayiş etdirdiklərini vurğulayıb. Tədbirin ərsəyə gəlməsində əməyi olan tərəfdaşlara, dəstəkçilərə və münsiflər heyətinə minnətdarlığını ifadə edib.

Münsiflər heyətinin sədri, Xalq artisti, professor Fərhad Bədəlbəyli gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb.

Müsabiqə zamanı müxtəlif ölkələrdən olan gənc pianoçular Qara Qarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, Qalib Məmmədov, Fərhad Bədəlbəyli və digər tanınmış Azərbaycan bəstəkarlarının zəngin irsinə müraciət ediblər.

Münsiflərin qərarına əsasən, Eunseon Ahn (Cənubi Koreya, 27 yaş) I dərəcəli laureat, Nanase Kuroki (Yaponiya, 29 yaş) və Naoe Sasaki (Yaponiya, 24 yaş) II dərəcəli laureat, Hidayət Sadıqbəyli (Azərbaycan, 21 yaş) və Tomiris Bekturova (Qazaxıstan, 25 yaş) III dərəcəli laureat adına layiq görülüblər.

Azərbaycan bəstəkarları Əşrəf Abbasovun "Folk Song" (6 miniatura) və "Humoreska", eləcə də Cövdət Hacıyevin "Joke" və "Fairy Tale" əsərlərini yüksək peşəkarlıqla ifa etdiyinə görə 23 yaşlı çexiyalı musiqiçi Daniel Boura xüsusi mükafatla təltif edilib.

Müsabiqə ilə bağlı daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

www.lofmc.com


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.