Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Osman ALIYEV

Osman ALIYEV

QOCALDIQ

(Mövzunu parta yoldaşım Saday verib)

İllər qovdu bizi payıza tərəf,

Mən bahar qocaldım, sən yaz qocaldın.

Qar yağdı, gün vurdu, küləklər əsdi,

Mən sənlə, sən mənsiz – yalqız qocaldın.


Gül-çiçək qoxunu duyuram hələ,

Gəzsəm də hər yanı belədən-belə.

Bizi tanıyanlar bilsinlər elə:

Mən yalan qocaldım, sən düz qocaldın.


Osman, yollarında hələ işıq var,

Milyon bəxtəvərlik, bir yaraşıq var,

Çox da nəvələr var, oğul-uşaq var,

Mən oğlan qocaldım, sən qız qocaldın.

Həm oğlan qocaldıq, həm qız qocaldıq!

Bakı, 21.03.2017.

HƏRƏ BİR CÜR DƏLİDİR...

Həsrətimdən dağlara

Duman qalxdı, çən gəldi.

Ağlamaqdan gözümün

Qarasına dən gəldi.

Yatdım, yuxularıma

Həmişə Vətən gəldi.

Oyananda anladım

Arsızam, gülməliyəm.

Hərə bir cür dəlidir...

Mən də belə dəliyəm.


Qoy heç bir kəs bilməsin

Yaralıyam haramdan.

Qaysaqlayıb, çat verir,

Dərd süzülür yaramdan.

Əlim çatmır, uzağam

Sərvətimdən, paramdan.

Qardaş, Laçına sarı

Sürünüb iməkləyəm.

Hərə bir cür dəlidir...

Mən də belə dəliyəm.


Olub, vaxtsız-vədəsiz

Əyilmişəm-sınmışam.

Neçə soyuq baxışdan

Bumbuz olub donmuşam.

Vətən nədir, qadası? –

Hələ indi qanmışam.

“Laçın!” çağıranların

Qabar olmuş diliyəm.

Hərə bir cür dəlidir...

Mən də belə dəliyəm.


Qarabağda göz açıb

Mənim laylam, bayatım.

Dünyaya haray çəkib

Yatanları oyadın!

Şuşa qibləgahımdır,

Laçın - ömrüm, həyatım.

Kar olan qulaqları

Babam tək kəsməliyəm.

Hərə bir cür dəlidir...

Mən də belə dəliyəm.


İllər kəllə-mayallaq,

Aylar da ki tərs keçir.

Osman, xəyallarında

Dərd dolanır, hirs keçir.

ATƏT “ağıl öyrədir”,

BMT də “dərs keçir”.

Biri pul xəstəsidir,

Biri kor”, - deməliyəm.

Hərə bir cür dəlidir...

Mən də belə dəliyəm.

Bakı, 14.05.2014.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.