Azərbaycanca Russin English
İsti xəbərlər:
» Yaddaşımda iz qoyanlar SƏMİMİYYƏT ŞAİRİ, GÖZƏL DOST, İDEAL ŞƏXSİYYƏT» Respublika ərazisi üçün 2026-cı il avqust ayına olan hava proqnozu» Yaddaşımda iz qoyanlar İNTİQAM MEHDİZADƏ» Müasir Moda Dəbləri və Sağlamlıq Təsirləri» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub
Pilleler » Xəbərlər » Balağa Həsənov Şeirlər

Balağa Həsənov Şeirlər

KÖNLÜM

Hamı kefdə bilir, nəşədə bilir,

Ay dərdi bilinməz havalı könlüm .

Çətinə tablaşıb əyilməmisən ,

Həmişə qürurlu, sayalı könlüm .


Tək olmusan, sınmamısan döyüşdə ,

Alqış qazanmısan bütün hər işdə ,

Tərsə dönməmisən çərxi-gərdişdə,

Təmkinli, səbirli, mayalı könlüm.


Balağa , sanma ki elmdən gəlir,

Şeir dərdən gəlir, zülmdən gəlir,

Yaxşılıq nə varsa əlimdən gəlir,

Haqdan tərbiyəli , həyalı könlüm.


ÖZÜNÜ QORU!

Dəryanı, dənizi başa düşürsən,

Çalış ki sızqadan özünü qoru!

Dəhnəni dağıdar, himi boşaldar ,

Təlatüm eyləyər, izini qoru,

Çalış ki, sızqadan özünü qoru!


Çoxlu öyrənsən də, bilmədiyin var,

Nə qədər görsən də, görmədiyin var.

Hörmətmi , qorxumu , dinmədiyin var,

Yalan vədlər vermə, sözünü qoru,

Çalış ki, sızqadan özünü qoru!


Elin lənətindən qorxub ayılsan,

Yaxşı xidmət edib, sən də sayılsan,

Əzəldən dövlətə , vara mayılsan,

Balağanı eşit, gözünü qoru,

Çalış ki, sızqadan özünü qoru!


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.