Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Rasim Balayev vəfat edib

Rasim Balayev vəfat edib


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, xalq artisti Rasim Balayev vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 78-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rasim Balayev 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.

İlk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.

Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib.

İctimai xadim kimi də tanınan sənətkar

1990 – 2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.

Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.

1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.