Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib

"Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib


Məlumat verdiyimiz kimi, Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib.

Forum çərçivəsindədiaspor gənclərinin təşkilatlanması, liderlik bacarıqlarının artırılması və beynəlxalq platformalarda fəallığının gücləndirilməsi məqsədilə panel müzakirələri və silsilə təlimlər təşkil olunub.

Motivasiya və liderlik üzrə təlimçi Marziye İlhan “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik” mövzusunda diaspor təşkilatlarının rolu, gənclərin koordinasiyası, regionlar və ölkələr üzrə fəaliyyət modelləri barədə ətraflı məlumat verib.

“Siyasi Texnologiyalar Mərkəzi” İctimai Birliyinin rəhbəri Vəli Əlibəyov “Diaspor və lobbiçilik” və “Diaspor gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər keçib, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı” mövzusunda gənclərlə panel müzakirəsi aparıb. Təlimlərdə diasporun təsir alətləri, effektiv lobbiçiliyin şərtləri, media ilə iş, sosial şəbəkələrdə koordinasiya və dezinformasiyaya qarşı mübarizə yolları barədə gənclər bilgiləndirilib, müxtəlif praktik modellər üzrə tapşırıqlar həll edilib. Paneldə isə diaspor gənclərinin beynəlxalq təmsilçilikdə rolu, dövlət–diaspor–gənclər modeli və milli maraqların müdafiəsinə gənclərin töhfəsi kimi məsələlər barədə fikir mübadiləsi olub, bir sıra tövsiyələr səsləndirilib.

Türkiyənin Qars Qafqaz Universitetinin professoru Dr. İlkin Qulusoy diaspor gəncləri ilə “Azərbaycan dilinin qorunması və təbliği” mövzusunda fikir mübadiləsi aparıb. O, dilin milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulayıb, rəqəmsal platformalar vasitəsilə qorunub saxlanmasının vacibliyindən danışıb. Eyni zamanda xaricdə Azərbaycan dili kurslarının təşkilindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şahin Camalov Azərbaycan Diaspor Gənclərinin (ADG) yeni koordinatorlarını forum iştirakçılarına təqdim edib, ADG haqqında geniş məlumat verib. Bundan başqa, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr” panelindəki çıxışında diaspor gəncləri ilə dövlət qurumları arasında davamlı əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.

Zəngin proqramla keçən forumun sonunda Azərbaycan Diaspor Gənclərinin (ADG) 2026-2028-ci illər üzrə Fəaliyyət Planı qəbul olunub.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.