Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir

Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir

Fevralın 4-də Milli Məclisin İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İrlandiya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn görüşü olub.

İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli qanunverici orqanlar arasında münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolundan bəhs edib. O, Milli Məclisdə yaradılmış Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib. Qeyd edib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər əlaqələrimizin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormak görüşə görə təşəkkürünü bildirərək, İrlandiya ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışıb. O, ikitərəfli görüşlərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə inamını bildirib və bu işdə hər iki ölkənin parlamentlərinin mühüm rol oynadığını söyləyib.

Onlayn görüşdə söhbət zamanı İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – Sevinc Fətəliyeva, Gülşən Paşayeva və irlandiyalı deputatlar çıxış edərək, parlamentlərarası əlaqələrin perspektivləri, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərini açıqlayıblar.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.