Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir

Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən dərc olunan “Dünya İnvestisiya Hesabatı 2025”i şərh edib. Hesabatda Azərbaycan regionun etibarlı və strateji investisiya məkanı kimi təqdim edilib.

UNCTAD tərəfindən dərc olunan “Dünya İnvestisiya Hesabatı” qlobal investisiya axınlarının son meyllərini, çağırışlarını və perspektivlərini əks etdirən ən nüfuzlu mənbələrdən biridir. Hesabat həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üzrə birbaşa xarici investisiya (BXİ) statistikalarını, eləcə də “greenfield” layihələri və sektorları üzrə tendensiyaları təqdim edir. Bu sənəd xüsusilə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin investisiya mühitinə dair mühüm nəticələr ortaya qoyur və regional müqayisələr üçün əsas istinad nöqtəsi hesab olunur.

Hesabata əsasən, 2020–2024-cü illər ərzində Azərbaycan 1,5 milyard ABŞ dollarından artıq məbləğdə “greenfield” tipli – yəni sıfırdan qurulan yeni istehsal və infrastruktur layihələrinə yönələn – investisiya cəlb edib. Beləliklə Azərbaycan, Özbəkistan və Qazaxıstanla yanaşı, dənizə çıxışı olmayan ölkələr arasında aparıcı investisiya məkanlarından birinə çevrilib. Bu nailiyyət Azərbaycanın xüsusən enerji və nəqliyyat infrastrukturu sahələrinə strateji layihələri ardıcıl şəkildə cəlb etmək bacarığını nümayiş etdirir.

Rəşad Nəcəfli qeyd edib ki, Azərbaycan beynəlxalq investorları cəlb edən dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında nəqliyyatla bağlı layihələrdə də ön sıralarda yer alıb və bu, ölkənin Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin mərkəzində yerləşən strateji Avrasiya logistika qovşağı rolunu təsdiqləyir.

Hesabatda bildirilir ki, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin 2024-cü ildə qlobal investisiya axınları 10% azalaraq 23 milyard ABŞ dolları təşkil edib. Bu ölkələrin bir çoxu kəskin volatilliklə üzləşib. Məsələn, Qazaxıstan 3,7 milyard ABŞ dolları həcmində investisiya daxilolmalarından 2,6 milyard ABŞ dolları həcmində xalis kapital çıxışına qədər dramatik bir dönüş yaşayıb. Belə mürəkkəb şəraitdə Azərbaycan ardıcıl olaraq müsbət kapital daxilolmaları və layihə aktivliyini saxlayıb, sabitlik nümayiş etdirərək investorların davamlı etimadını təmin edib.

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycan 2024-cü ildə 253 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya cəlb edib. Bu nailiyyətlər Azərbaycanın dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında dayanıqlı mövqeyini göstərir. Ölkəmiz enerji və nəqliyyat dəhlizlərinin regional mərkəzi kimi qlobal investisiya durğunluğu şəraitində belə, “greenfield” və infrastruktur layihələri üçün cəlbedicidir.

Rəşad Nəcəfli uzunmüddətli tendensiyalara toxunaraq bildirib ki, Azərbaycanın ümumi BXİ daxili ehtiyatı 2024-cü ildə 27,5 milyard ABŞ dollarına çatıb ki, bu da 2000-ci ildən bəri 15 dəfədən çox artım deməkdir. “Bu, Azərbaycanı dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında aparıcı mövqeyə çıxarır və onu Ermənistanın 7,8 milyard dollarlıq, həmçinin Özbəkistanın 16,7 milyard dollarlıq göstəricilərindən daha üstün pilləyə qaldırır.

Azərbaycanın investisiya cəlbetmə və davamlılığı təmin etmə sahəsindəki sübut edilmiş nailiyyətləri ölkəni Avrasiyada nəqliyyat əlaqələrinin və inkişafın gələcəyini müəyyən edən əsas aktorlardan biri edir.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.