Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » İsraildə “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın təqdimatı olub

İsraildə “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın təqdimatı olub






Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salmanın və “Azİz – İsrail və Azərbaycan Xalqlararası Əlaqə” Assosiasiyasının təşkilatçılığı ilə nəşr edilən “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” (“Расцвет еврейства Азербайджана”) adlı kitabın təqdimatı olub. Təqdimat mərasimi Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyində baş tutub. Kitabın müəllifi Yeganə Salmandır.

Tədbirdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsraildə yaşayan diaspor nümayəndələrimiz, yəhudi icmasının üzvləri, ictimai xadimlər, elm və mədəniyyət sahəsinin təmsilçiləri, eləcə də kitabda bioqrafiyası yer alan şəxslərin yaxınları iştirak ediblər.

Kitabda Ümummilli Lider Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də Azərbaycanın müstəqillik illərində yürütdüyü uğurlu siyasət nəticəsində ölkənin yəhudi icmasının ictimai, elmi və mədəni həyatdakı fəaliyyətindən geniş şəkildə bəhs olunub. Nəşrdə, həmçinin Azərbaycandakı yəhudi mənşəli ziyalıların, alimlərin, sənətkarların və ictimai xadimlərin bioqrafik məlumatları toplanıb.

Müəllif Yeganə Salman layihənin əhəmiyyətindən danışaraq “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın ilk dəfə iki il əvvəl İsraildə çapdan çıxdığını və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edildiyini bildirib.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Azərbaycan və yəhudi xalqları arasında əsrlər boyu mövcud olan dostluq və qarşılıqlı hörmət münasibətlərinə diqqət çəkib. O, tolerantlıq və multikultural dəyərlərin Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu, bu ənənələrin isə ölkəmizin müxtəlif millət və dinlərin nümayəndələri üçün doğma vətənə çevrilməsinə zəmin yaratdığını vurğulayıb.

Tədbirin sonunda Azərbaycandakı yəhudilərin tarixi haqqında videoçarx nümayiş olunub.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.