Azərbaycanca Russin English
İsti xəbərlər:
» Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu keçirilib» Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub» “Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək» Respublika ərazisində 2025-ci il noyabr ayına olan hava proqnozu» Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb» İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub» Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı» Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma məqsədilə görüşlər keçirilib» Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu» “Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib» Sahibə Qafarova: “Parlamentlərimizin əməkdaşlığı ölkələrimizin və xalqlarımızın qardaşlığına və həmrəyliyinə əsaslanır”» Palçıq vulkanında püskürmə baş verib» Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgi açılıb» ƏMİNƏ YUSİFQIZI VƏFAT EDİB» Səxavət LAÇINLI» Türk dillərinin təbliği və tədqiqi sahəsində professor İsmayıl Kazımovun elmi fəaliyyəti» Respublika ərazisində 2025-ci il  oktyabr ayına olan hava proqnozu» Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb» İİTKM regionlarda nəqliyyat-tranzit layihələrinə baxış keçirir.» “Siqaret – Səssiz Zəhər”
Pilleler » Xəbərlər » Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub

Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub


Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə sentyabrın 17-də keçirilən İllik Qaz Konfransında Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub.

“Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksək səviyyəli platforma kimi tanınır.

Tədbirdə “Handelsblatt” qəzetinin dəvətilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “Geosiyasi çağırışlar dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda təqdimatla çıxış edib.

Diplomat çıxışında Azərbaycanın müstəqilliyin bərpasından sonra “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər hövzəsində enerji sahəsində yeni dövrün əsasını qoyduğunu, regionu Qərb şirkətləri üçün açdığını və uzunmüddətli strateji tərəfdaşlıqların təməlini atdığını bildirib. Bu kontekstdə Cənub Qaz Dəhlizinin Azərbaycanın iri qaz yataqlarını birbaşa Avropa ilə birləşdirdiyi, həmin infrastruktur vasitəsilə Avropaya nəql olunan qazın həcminin ildən-ilə artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən il Azərbaycanın qaz ixracı rekord həddə - 25,3 milyard kubmetrə çatıb, bunun 13 milyard kubmetri Avropaya nəql edilib. Vurğulanıb ki, Azərbaycan cəmi iki il ərzində Avropaya qaz ixracını öz resursları hesabına 50 faizdən çox artıraraq, kəskin təchizat böhranı dövründə tərəfdaşlarına mühüm dəstək göstərib.


N.Ağayev bildirib ki, hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir, onlardan 11-i Avropada yerləşir, 9-u isə Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilməsinin göstəricisidir.

Azərbaycanın Almaniya ilə əməkdaşlığının da xüsusi önəm daşıdığını vurğulayan diplomat, “Uniper” və “SEFE” şirkətlər ilə illik ümumilikdə 3 milyard kubmetr qaz idxalını nəzərdə tutan uzunmüddətli müqavilələrin mövcud olduğunu xatırladıb.

Səfir, həmçinin qlobal geosiyasi risklərə və təchizat zəncirlərinin pozulmasına baxmayaraq, Azərbaycanın heç bir tədarükü dayandırmadığını diqqətə çatdırıb. O, Azərbaycan və Ermənistan liderlərinin ötən ay Vaşinqtonda sülh sazişini paraflamasını və birgə bəyanat imzalamasının regionda sabitlik, yeni nəqliyyat və ticarət marşrutlarının, infrastruktur layihələrinin və sərmayələrin əsasını qoyacağını bildirib.

Azərbaycanın gələcəyə baxışında Cənub Qaz Dəhlizinin mərhələli şəkildə yaşıl hidrogenə uyğunlaşdırılması, bərpaolunan enerji sahəsinə geniş sərmayələrin yatırılması və 10 giqavattdan artıq gücə malik külək və günəş enerjisi layihələri üzrə razılaşmaların imzalandığı qeyd edilib. Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinin Cənubi Qafqazla Avropa İttifaqı arasında elektrik bağlantısı yaradaraq, Avropanın enerji keçidində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Təqdimatdan sonra səfir moderatorun suallarını cavablandıraraq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, alternativ enerjinin inkişafı, Bakının ev sahibliyi etdiyi COP29-un nəticələri və digər məsələlərlə bağlı ətraflı məlumat verib.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.