Azərbaycanca Russin English
İsti xəbərlər:
» Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu keçirilib» Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub» “Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək» Respublika ərazisində 2025-ci il noyabr ayına olan hava proqnozu» Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb» İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub» Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı» Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma məqsədilə görüşlər keçirilib» Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu» “Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib» Sahibə Qafarova: “Parlamentlərimizin əməkdaşlığı ölkələrimizin və xalqlarımızın qardaşlığına və həmrəyliyinə əsaslanır”» Palçıq vulkanında püskürmə baş verib» Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgi açılıb» ƏMİNƏ YUSİFQIZI VƏFAT EDİB» Səxavət LAÇINLI» Türk dillərinin təbliği və tədqiqi sahəsində professor İsmayıl Kazımovun elmi fəaliyyəti» Respublika ərazisində 2025-ci il  oktyabr ayına olan hava proqnozu» Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb» İİTKM regionlarda nəqliyyat-tranzit layihələrinə baxış keçirir.» “Siqaret – Səssiz Zəhər”
Pilleler » Xəbərlər » Süni intellektin təhsildə yaratdığı inqilab

Süni intellektin təhsildə yaratdığı inqilab

Süni intellekt inqilabı müasir dövrdə təhsil sisteminin transformasiyasında misilsiz dinamika nümayiş etdirir. Bu proses bir tərəfdən öyrənmə təcrübələrinin fərdiləşdirilməsi, pedaqoji fəaliyyətlə məşğul olanların gündəlik işinin dəstəklənməsi, digər tərəfdən isə təhsil menecerlərinin optimallaşdırılması baxımından fundamental imkanlar açır.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri, i.ü.f.d. Lətif Zeynallı bildirib ki, son illərdə aparılan tədqiqatlar süni intellektin bilik iqtisadiyyatında məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəltmək potensialına malik olduğunu sübut edir. “Boston Consulting Group” və dünyanın nüfuzlu universitetlərinin ekspertləri tərəfindən 758 respondent arasında aparılan tədqiqatın nəticələrinə əsasən, GPT-4 texnologiyasından istifadə edənlər daha çox tapşırığı yerinə yetirib, daha sürətli fəaliyyət göstərib və süni intellekt dəstəyi olmayan həmkarları ilə müqayisədə daha yüksək keyfiyyətli nəticələr əldə ediblər. Bununla yanaşı, araşdırma süni intellektdən istifadə praktikasında iki əsas yanaşmanın -tapşırıqları süni intellekt və insan arasında bölüşdürən “Kentavr” modeli və süni intellektlə tam inteqrasiyanı əks etdirən “Kiborg” modelinin formalaşdığını üzə çıxarıb.Təsadüfi deyil ki, süni intellekt texnologiyalarının imkanları son illərdə misilsiz inkişaf dinamikası nümayiş etdirir. Cəmi bir il əvvəl mövcud olan texniki səviyyə ilə müqayisədə bu gün süni intellekt modelləri daha mürəkkəb, kontekstə həssas dialoqlar aparmaq, insan nitqinə bənzər mətnlər yaratmaq və proqramlaşdırma prosesində yardım göstərməklə yanaşı, mətn, təsvir, səs və video kimi müxtəlif təqdimetmə formaları əsasında məzmun sintez edə bilmək qabiliyyətinə malikdir. Gözlənilir ki, süni intellektin imkanlarındakı dinamik artım tendensiyası davam edəcək və bu inkişaf təhsil sisteminin dəstəklənməsi üçün daha mürəkkəb və intellektual alətlərin formalaşmasına zəmin yaradacaq. Təbii olaraq, bu zaman, süni intellektin insan peşəkarlığını əvəz edən bir vasitə kimi deyil, insanın mühakimə və bacarıqlarını gücləndirən və genişləndirən komplementar bir alət kimi nəzərdən keçirilməsi məqsədəuyğundur.

Lətif Zeynallı vurğulayıb ki, dünya üzrə ölkələr təhsildə inqilabi dəyişikliklər yaratmaq məqsədilə süni intellektdən müxtəlif yollarla istifadə edir və hər biri bunu özünəməxsus təhsil məqsədləri və konseptual çağırışlara uyğun şəkildə həyata keçirir. Bu kontekstdə bir sıra real nümunələrin qeyd edilməsi məqsədəuyğundur. Belə ki, Sinqapur “Smart Nation” strategiyası çərçivəsində 2030-cu ilədək süni intellekt sahəsində qlobal lider olmağı hədəfləyir. Bu strategiyanın əsas istiqamətlərindən biri fərdiləşdirilmiş təhsilin dəstəklənməsi və müəllimlərin xüsusi qayğıya ehtiyacı olan şagirdlərin tələblərinə daha effektiv cavab verməsi üçün süni intellekt texnologiyalarının geniş tətbiqidir.Cənubi Koreyada süni intellekt texnologiyalarının tətbiqi öyrənmə fəaliyyətləri və ev tapşırıqlarının fərdi təhsil səviyyəsi və öyrənmə davranışlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilir. Finlandiyada isə süni intellektin milli təhsil sisteminə inteqrasiyası həm etik prinsiplərin qorunmasını, həm də təhsil bərabərliyinin təmin edilməsini prioritet kimi müəyyən edir.

İİTKM-nin şöbə müdiri bildirib ki, bir çox ölkələr süni intellektin potensialını dərk edərək məktəb və universitetlərin transformasiyasında qabaqcıl texnologiyalardan istifadə sahəsində irəliləyişlər əldə edib. Hələ ilkin inkişaf mərhələsində olmasına baxmayaraq, təhsildə süni intellekt bazarının 2030-cu ilədək təxminən 32,27 milyard ABŞ dolları həcmində dəyərə çatacağı proqnozlaşdırılır. Bu kontekstdə adaptiv öyrənmə sistemlərindən tutmuş süni intellektlə dəstəklənən repetitorluq platformalarına qədər müxtəlif alqoritmlər tələbələrin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır. Bir çox ölkələr təhsil texnologiyaları (edtech) şirkətlərinin inkişafını təşviq edir və cəmiyyət yeni texnologiyaları mənimsəməyə hazırdır. Lakin tələbələrə yeni biliklər öyrətmək qədər, onların yaradıcılıq və innovasiya qabiliyyətlərinin inkişaf etdirilməsi də əhəmiyyət kəsb edir. Bu aspekt isə ağıllı təhsilin inkişafında növbəti mərhələnin əsas istiqamətlərindən biri olaraq qiymətləndirilir.

Lətif Zeynallı yekunda əlavə edib ki, süni intellektin təhsil sahəsində tətbiqi yalnız bilik və bacarıqların artırılmasına deyil, həm də fərdiləşdirilmiş öyrənmə imkanlarının yaradılmasına, tələbələrin yaradıcılıq və innovasiya potensialının inkişaf etdirilməsinə, eləcə də təhsil sistemlərinin inklüziv, ədalətli və səmərəli idarə olunmasına mühüm töhfələr verir. Bu baxımdan, süni intellekt texnologiyalarının strateji inteqrasiyası müasir təhsil sistemlərinin inkişafında həlledici rol oynayır və ölkələr üçün prioritet istiqamət kimi qalmağa davam edəcək.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.