Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Ağsaqqal Azad Məmmədov

Ağsaqqal Azad Məmmədov



Onu uzun illər öncədən - 1980-ci illərdən tanıyıram. “Laçın” rayon qəzetində işləyirdim. Rayonumuzun ən böyük kəndlərindən birinə - məşhur bayatı ustadı, haqq aşiqi Sarı Aşığın kəndinə - Güləbirdə dəfələrlə getmişdim. Öz qonaqpərvərliyi ilə, dadlı-duzlu zarafatları ilə məşhur olan bu kəndə növbəti səfərlərimin birində təsərrrüfatın aqronomu Azad kişiylə tanış oldum. Məni evlərinə qonaq apardı. Və o zamandan salamımız, münasibətimiz yarandı. Bu yaxınlarda öyrəndim ki, dostumun artıq 89 yaşı var, amma gümrahdır, sağlamdır.

Sumqayıt şəhərində yaşayan ağsaqqalı ziyarət elədim. Keçmiş günlərdən danışdıq, ötən illəri xatırladıq.

1936-cı il iyun ayının 2-də Güləbirddə anadan olmuşam. 1940-cı ildə anam rəhmətə gedib. 1942-ci ildə atamı Böyük Vətən müharibəsinə aparıblar. Dədəm məni Qubadlı rayonunun Əliquluuşağı kəndinə (anamın kəndinə) aparıb və mən onların himayəsində böyüyüb, təhsil almışam.

Ağdam Kənd Təsərrüfatı Texnikumunun tarlaçılıq şöbəsini bitirdim. 1955-ci ildə ailə qurdum, 1956-cı ildə bir oğlum oldu.

Laçın rayonunun Güləbird kəndində - Stalin kolxozunda 21 il 7 ay aqronom (baş aqronom) işlədim. Sonra sovxoz olanda mühasib köməkçisi kimi fəaliyyətə başladım. Sovxozda bir müddət kadrlar şöbəsinin müdiri işlədim.

1971-ci ildən həmkarlar təşkilatının sədri idim.

-Neçə övladınız var?

-9 uşağımız olub, biri körpə ikən rəhmətə gedib, oğlum Gəray isə Birinci Qarabağ müharibəsində şəhid olub.

Hazırda 7 -si: 3 qız, 4 oğlan yaşayır. 3 gəlinim var, 3 qızım, deməli, 6 qızım var.

11 nəvəm, 7 nəticəm var. Uşaqların, nəvə-nəticələrin hamısından razıyam, həyatımdan razıyam.

Azad kişi 1992 – 2000-ci illərdə Güləbird kənd rabitə şöbəsinin rəisi, eyni zamanda 1995 – 2012-ci illərdə Sumqayıt Şəhər 11 saylı MİS-də sahə rəisi işləyib.

Ağsaqqal Azad Məmmədov  torpaqlarımızın işğaldan azad olmasının sevincini doya-doya yaşayır, ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş bölgələrimizdə gedən tikinti-abadlıq işləri ilə qürur duyur. Ona uzun ömür və möhkəm can sağlığı arzu edirik!


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.