Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək Bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə elan edildi.

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək Bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə elan edildi.



Nyu-York, 23 sentyabr 2025.
Bu məqsədlə BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günündə COP29-un Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə Çad və Qvineya-Bisau arasında Birgə İşçi Qruplar təsis edildi.

BMT-nin Baş Qərargahında COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə“Bakı Mərkəzi Tərəfdaşlığı: Münaqişələrdən zərər çəkən və həssas ölkələr üçün innovativ həllər” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə100-dən artıq hökümət üzvləri və rəsmiləri,BMT qurumlarının hbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Tədbirin açılışında çıxış edən COP29-un Prezidenti Muxtar Babayev, İtaliya Beynəlxalq İnkişaf Agentliyinin icraçı direktoru Marko Ruskoni, BMT Baş Katibinin Afrika üzrə nümayəndəsi Parfayt Onyanga, Beynəlxalq Miqrasıya Təşkilatının icraçı direktorun müavini xanım Uqoçi Daniels qeyd etdilər ki, Azərbaycanın təşəbbüsü ilə təsis olunan Bakı Mərkəzi artıq qlobal iqlim diplomatiyasında yeni bir istiqamət açır. Mərkəz iqlim dəyişikliyi, sülh quruculuğu və iqlim miqrasiyasının tənzimlənməsi məsələlərini vahid gündəmdə birləşdirərək, həssas regionlarda real nəticələr doğuracaq layihələrin icrası üçün unikal platformaya çevrilmişdir.

Daha sonra çıxış edən Çad, Qvineya-Bisau, Somali və Uqandanın ətraf mühit nazirləri ölkələrində təxirəsalınmaz layihələrin həyata keçirilməsi üçün Bakı Mərkəzininqurduğu tərəfdaşlığı qeyd etdilər, Azərbaycana iqlim diplomatiyası sahəsində bölüşdüyü təcrübə üçün təşəkkürlərini bildirdilər.

Bakı Mərkəzinin növbəti planları haqqında çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirdi ki, Mərkəz qeyd olunan ölkələrdə layihələrin həyata keçirilməsinin praktiki mərhələsinə başlayır. Bu məqsədlə tədbirdə Çad və Qvineya-Bisau ilə Bakı Mərkəzi arasında Birgə İşçi Qruplarının yaradılmasına dair Memorandum təsdiqləndi.

Tədbirdə həmçinin daha bir neçə ölkə Bakı Mərkəzi tərəfdaşlığına qatılmaq niyyətlərini elan etdilər.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.