Azərbaycanca Russin English
İsti xəbərlər:
» Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu keçirilib» Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub» “Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək» Respublika ərazisində 2025-ci il noyabr ayına olan hava proqnozu» Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb» İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub» Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı» Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma məqsədilə görüşlər keçirilib» Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu» “Əhməd Ağaoğlu və türk dünyası” konfransının materialları nəşr edilib» Sahibə Qafarova: “Parlamentlərimizin əməkdaşlığı ölkələrimizin və xalqlarımızın qardaşlığına və həmrəyliyinə əsaslanır”» Palçıq vulkanında püskürmə baş verib» Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Arif Ələsgərovun yaradıcılığına həsr olunmuş “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgi açılıb» ƏMİNƏ YUSİFQIZI VƏFAT EDİB» Səxavət LAÇINLI» Türk dillərinin təbliği və tədqiqi sahəsində professor İsmayıl Kazımovun elmi fəaliyyəti» Respublika ərazisində 2025-ci il  oktyabr ayına olan hava proqnozu» Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb» İİTKM regionlarda nəqliyyat-tranzit layihələrinə baxış keçirir.» “Siqaret – Səssiz Zəhər”
Pilleler » Xəbərlər » Qloballaşan elmin yeni üfüqləri: transmilli əməkdaşlıq nə vəd edir?

Qloballaşan elmin yeni üfüqləri: transmilli əməkdaşlıq nə vəd edir?

Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti” (THE Eurasia Universities Summit 2025) transmilli tədqiqatların və təhsilin yeni imkanlarının müzakirəsi üçün strateji platforma rolunu oynayır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Ceyran Bəbirova bildirib ki, sammitin mövzusu olan “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” elm, təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqənin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Bu sahə həm Azərbaycan, həm də Avrasiya regionu üçün prioritetlərdəndir.

Ceyran Bəbirovanın sözlərinə görə, transmilli tədqiqatların əsas mahiyyəti müxtəlif ölkələrin alim və institutlarını bir araya gətirərək bilik və resursların paylaşılmasına, fərqli yanaşmaların inteqrasiyasına və çətin qlobal problemlərin birgə həllinə imkan yaratmaqdır. Bu əməkdaşlıq yalnız yaradıcılığı və elmi innovasiyaları təşviq etmir, həm də daha geniş maliyyə mənbələrinin cəlbinə şərait yaradır. Beynəlxalq təcrübə göstərir ki, hökumətlər, universitetlər və şirkətlər transmilli layihələrə xüsusi maraq göstərirlər. Avropa İttifaqının “Horizon Europe” (2021–2027) proqramı bu baxımdan diqqətəlayiq nümunədir. Təqribən 95,5 milyard avro həcmində maliyyə vəsaitinə malik olan proqram qlobal problemlərin həllinə istiqamətlənmiş yüzlərlə elmi-tədqiqat və innovasiya layihəsini dəstəkləməklə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və biliklərin transformasiyasına əhəmiyyətli töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionunda həyata keçirilən “CARSI” layihəsi sosial innovasiya sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir. Eyni zamanda, regionda fəaliyyət göstərən “Caucasus Research Resource Centers” şəbəkəsi sosial elmlər üzrə tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və məlumat bazasının zənginləşdirilməsinə yönəlmiş transmilli təşəbbüslərdən biri hesab olunur.

İİTKM-nin aparıcı məsləhətçisi vurğulayıb ki, transmilli əməkdaşlığın mühüm istiqamətlərindən biri də beynəlxalq filial kampuslarıdır. Hazırda bu kampusların 21%-i ABŞ-da, 24%-i Fransada, 15%-i Böyük Britaniyada yerləşir. Çin, Sinqapur, Malayziya, BƏƏ və Avstraliya isə ali təhsil sistemlərini beynəlmiləlləşdirmək məqsədilə sürətlə yeni filial kampusları açırlar. Xüsusilə, BƏƏ və Özbəkistan kimi ölkələr beynəlxalq filial kampuslarının sayını sürətlə artıraraq ali təhsilin beynəlmiləlləşməsini təşviq edirlər. Bu kampuslarda təhsil alan tələbələr həm təhsil aldıqları ölkələrin, həm də kampusu yaradan ölkələrin əmək bazarına inteqrasiya imkanları qazanır. Nümunə olaraq demək olar ki, “Transnational Education” vasitəsilə Böyük Britaniya universitetlərinin proqramlarında iştirak edən tələbələrin böyük bir hissəsi sonradan həmin ölkədə işlə təmin olunur və bu da transmilli təhsilin həm akademik, həm də iqtisadi faydalarını nümayiş etdirir.

Ceyran Bəbirova bildirib ki, “Times Higher Education” (THE) tərəfindən yayımlanan hesabatda beynəlxalq tələbələrin sayının 2024-cü ildə 6,9 milyon nəfərə çatdığı bildirilir, 2030-cu ildə isə 10 milyon nəfərə yüksələcəyi proqnozlaşdırılır. Bu tendensiyalar transmilli təhsilin qlobal əhəmiyyətini daha da gücləndirir, bilik və innovasiya axınının intensivləşməsinə, eləcə də müxtəlif ölkələr arasında mədəni, sosial və iqtisadi inteqrasiyanın dərinləşməsinə zəmin yaradır. Transmilli tədqiqat və təhsilin inkişafı universitetlərin beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasına, insan kapitalının inkişafına və qlobal çağırışların həllinə əhəmiyyətli töhfələr verə bilər.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.