Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb

Şanlı tarix, ortaq qürur – Kahramanmaraşda şəhidlərimiz anılıb







Türkiyənin Kahramanmaraş şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunan “Zəfərə gedən yolun başlanğıc tarixi – 27 sentyabr 2020” adlı konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Kahramanmaraş Sütçü İmam Universitetinin birgə əməkdaşlığı ilə baş tutub.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, universitet rəhbərləri, siyasi partiya nümayəndələri, Azərbaycan icmasının fəalları, eləcə də tələbə və müəllim heyəti iştirak edib.

Universitetin Yunus Əmrə Konqres Mərkəzinin “Nizami Gəncəvi” salonunda keçirilən konfrans iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım Günü ilə bağlı paylaşdığı videoçarxı, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan, Vətən müharibəsi və Zəfər yolundan bəhs edən videomaterialı izləyiblər.

Tədbirin açılışında Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Alptekin Yasım, Milli Məclisin deputatı, professor Vasif Qafarov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış ediblər.

Natiqlər bu cür tədbirlərin Azərbaycanın tarixi həqiqətlərinin, milli maraqlarının və ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini qeyd ediblər. Onlar həmçinin Qarabağ Zəfərinin regional və qlobal müstəvidə yaratdığı reallıqların təbliğinin vacibliyini vurğulayıblar.

Konfrans panel iclası ilə davam edib. Sütçü İmam Universitetinin dosenti Mərziyyə Məmmədlinin moderator olduğu iclasda Milli Məclisin deputatı professor Vasif Qafarov, Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl və Türkiyənin Milli Müdafiə Universitetinin professoru İbrahim Ethem Atnur məruzələrlə çıxış ediblər.

Məruzələrdə Vətən müharibəsinin gedişi, tarixi əhəmiyyəti, nəticələri, həmçinin beynəlxalq hüquq və akademik baxış prizmasında Azərbaycanın ədalətli mövqeyi ətraflı izah olunub. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və iradənin tarixi əhəmiyyət daşıdığını xüsusi qeyd ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın qürurlu, şərəfli və unudulmaz tarixi olduğu vurğulanıb, Qarabağ Zəfərinin isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün strateji və mənəvi dəyərə malik olduğu diqqətə çatdırılıb.

Konfransın sonunda Azərbaycanın Respublikasının Xalq artisti Samir Cəfərov vətənpərvərlik ruhunu və Azərbaycan–Türkiyə qardaşlığını tərənnüm edən mahnılar səsləndirib.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.