Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Türk dillərinin təbliği və tədqiqi sahəsində professor İsmayıl Kazımovun elmi fəaliyyəti

Türk dillərinin təbliği və tədqiqi sahəsində professor İsmayıl Kazımovun elmi fəaliyyəti



İsmayıl Kazımov türkologiyamızın, dilçilyiyimizin və elmi ictimaiyyətin rəğbət bəslədiyi alimlərdən biridir.

Azərbaycan dilçiliyinin görkəmli, istedadlı alimi İsmayıl Kazımov uzun illərdir bütün qüvvəsi və bacarığını dilimizin hərtərəfli tədqiqi və təbliğinə, elmi və pedaqoji kadrlar hazırlanması işinə həsr edib. O, orta məktəb müəllimliyindən , AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dli, Türk dilləri şöbələrinin müdiri vəzifəsinədək yüksələrək mənalı fəaliyyət yolu keçib.

İsmayıl Kazımovun yaradıcılığında türk dilləri, onun mövqeyi yeni istiqamətdə araşdırılır. “Türk dillərinin intensivlik qrammatikası” (2022), “Azərbaycan dilinin yeni sintaksisi. Mətnin akltual problemləri” (2023) əsərlərində müasir dillər əsas obyekt kimi götürülür.

İsmayıl Kazımov daim axtarışda olan çox məhsuldar və geniş fəaliyyətli alimdir. O, bu gün də linqvistik axtarışlarını davam etdirir, yeni-yeni əsərlər üzərində fəaliyyət göstərir. Onun fikrincə dilçi tədqiqatçı öz sahəsini dərindən bilməli, tədqiq etdiyi problemlərin mahiyyətini aydınlaşdırmağa cəhd göstərməlidir.

70 illik şərəfli alim ömrü yaşayan professor İsmayıl Kazımov həyat yoluna nəzər saldıqda elm sahəsində bu böyük alimin hər zaman yeni-yeni uğurlara, ilklərə imza atdığını görürük “Sadə cümlə sintaksisi” (2021), “Azərbaycan dilinin tarixi qrammatikası. Praktikum”, “Axısqa türkləri: dil, tarix və folklor” (2012) əsərləri Azərbaycan dilçiliyində yeni cığırlar açıb.

İsmayıl Kazımov elmi fəaliyyətilə bağlı respublikada, xaricdə, Türkiyədə keçirilən konfranslarda iştirak edir.

İsmayıl müəllim sözün həqiqi mənasında xeyirxah insandır. Onun geniş ürəyi, gözəl qəlbi var.

İsmayıl Kazımov bir müəllim kimi gənclərin hörmət və məhəbbətini qazanıb. Doğma dilimizin icəliklərini tələbələrə , doktorantlara öyrədir.

Professor İsmayıl Kazımov hərtərəfli tədqiqatçıdır. Dilçiliyin bütün sahələrinə aid onun sanballı əsərləri, elmi araşdırmaları dilçi mütəxəssislər üçün yaxşı mənbələrdir. Alim bütün əsərlərində dilə qayğı və həssaslıqla yanaşır.

İsmayıl Kazımov həmçinin vətənprəvər alimdir. 2023-cü ilin noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində iştirak edib. İsmayıl Kazımov elmiliyi qədər də, hadisələri daha dəqiq görməyi, dürüst nəticələr çıxarmağı bacaran insandır.

O, ali vətəndaşlıq mövqeyindən çıxış edə¬rək hər zaman böyük bir ruh yüksəkliyi ilə milli dövlətçiliyimizin uğurlarının təbliğ edir, ictimai-siyasi, ədəbi-mədəni proseslərə yaradıcı ziyalı kimi həssas münasibətini bildirir.

Professorun sadəliyi, səmimiliyi, elmiliyi, müsbət aurası, necə deyərlər, xeyirxahlığı onun bütövlüyündə cəmlənib vəhdət təşkil edir.

Oktyabrın 1-də filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun 70 yaşı tamam olur. Onu yubileyi münasibətilə ürəkdən təbrik edirik.

İsmayıl Kazımova möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Təranə Şükürlü,

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi.



Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.