Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Səxavət LAÇINLI

Səxavət LAÇINLI

GƏLƏNİ YOXDUR

Dağ başında qoca qartal tək qalıb,

Dərdi var, dərdini biləni yoxdur.

Meylini dağlara, çöllərə salıb,

Nə gedəni, nə də gələni yoxdur.


Qartal seçimində olmayıb naşı,

Özünə yurd yeri seçib Ağ daşı.

Gözləmək yeridir qayanın başı,

Yüksəlib bəzən də itir gözlərdən,

Baxır arxasınca gələni yoxdur.


Götürüb beş günlük mən də portalı,

Gedib qarış-qarış gəzəm dağları.

İstəyirəm tapam qoca qartalı,

Soruşum bəs niyə gələni yoxdur?


Yavaş-yavaş qanad açıb incəlir,

Süzdükcə səmada sanki dincəlir.

Səxavət, ayrılıq bizə güc gəlir,

Tək qalıb, qartalın gələni yoxdur.


QARABAĞ TORPAĞINDA

Gün çıxmamış yerindən

Səhərin mehlərindən

Bir nəfəs al dərindən

Qarabağ torpağında.


Nə gözəl havası var,

Armudu, heyvası var.

Dərdlərin davası var

Qarabağ torpağında.


Göy üzü bulud olar,

Hər baxan ləzzət alar.

Hərdən hava qaralar

Qarabağ torpağında.


Beşgünlük portal açın,

Xankəndi, Şuşa, Laçın,

Oynayın, gülün, qaçın

Qarabağ torpağında.


Sazlı-sözlü, aşıqlı,

Gözəl, həm yaraşıqlı

Var Qaragöl, İşıqlı

Qarabağ torpağında.


Dərdi-qəmi əksilməz,

Səxavət eldən küsməz.

Bir daha düşmən gəzməz

Qarabağ torpağında.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.