Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı

Vaşinqtonda keçirilən Türk Festivalında Azərbaycanın təqdimatı



ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən ənənəvi Türk Festivalında Azərbaycan təmsil olunub. Festivalda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan Evinin təşəbbüsü ilə stend qurulub.

Stenddə milli geyimli gənclər, broşürlər və Azərbaycan bayraqları vasitəsilə ölkəmizin zəngin tarixi, adət-ənənələri və müasir siması nümayiş etdirilib. Ziyarətçilər səslənən milli musiqilər və interaktiv təqdimatlarla ölkəmiz, eyni zamanda Azərbaycan Evinin fəaliyyəti barədə məlumatlandırılıblar. Onlara Azərbaycan bayraqları hədiyyə edilib.

Festival boyunca stendin fəaliyyətinə “CAN” Könüllülük və İnkişaf Proqramının 7 fəal üzvü dəstək göstərib. Onlar ziyarətçilərə ölkəmiz haqqında məlumat veriblər. Eyni zamanda, gəncləri “CAN” Könüllülük və İnkişaf Proqramı çərçivəsində müxtəlif layihələrə qoşulmağa dəvət ediblər.

Tədbir çərçivəsində soydaşlarımız ilk dəfə olaraq səhnədə musiqili-mədəni proqramla çıxış ediblər. Bədii qiraət, muğam, vokal ifalar, milli alətlərdə canlı musiqi və “İnnabi” rəqsi kimi çıxışlar böyük maraqla qarşılanaraq, Azərbaycan mədəniyyətinin zənginliyini və müxtəlifliyini sərgiləyib.

Azərbaycan stendi ətrafında yaradılan bayram ab-havası festival iştirakçılarının birgə rəqsləri və yallı ifaları ilə daha da şənlənib.

Qeyd edək ki, Vaşinqtonda keçirilən bu ənənəvi Türk Festivalı müxtəlif ölkələrin mədəni irsinin nümayiş olunduğu, hər il on minlərlə ziyarətçinin bir yerə toplaşdığı nüfuzlu beynəlxalq tədbirlərdən biri kimi tanınır. Bu mühüm platformada Azərbaycanın ilk rəsmi iştirakı ölkəmizin mədəni diplomatiyasının daha da gücləndirilməsi istiqamətində mühüm addım olub.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.