Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub



Türkiyənin İstanbul şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbirlər keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirlər “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin şairin yubileyi münasibətilə hazırladığı ikigünlük layihə çərçivəsində təşkil olunub.

Layihənin ilk günündə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr edilən “Axı dünya fırlanır” adlı panel iclası olub. İclasda İstanbul Mədəniyyət Universitetinin müəllimi İsa Kocakaplan, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar və “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri Kəmalə Kamal Cabbarovanın Bəxtiyar Vahabzadə ilə bağlı məruzələri dinlənilib.

Həmçinin Hafiz Ataxanlının, Günel Karatepenin, Zeynəb Yalçının, Sahil Nəzərovun birgə hazırladığı və Bəxtiyar Vahabzadəyə həsr edilən “İstiqlal şairi” sənədli filminin premyerası olub. Filmin musiqilərini Orxan Lətifzadə bəstələyib. Bundan başqa, şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılıb.

Tədbirin bədii hissəsində aşıq Rəna Quliyevanın ifasında Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnı səsləndirilib. Məktəbli Arvis Sadigov şairin “Azərbaycan-Türkiyə” şeirini deyib.

Layihənin ikinci günündə isə birliyin nəzdində fəaliyyət göstərən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının görkəmli şairin əsərləri əsasında hazırladığı "Yağışdan sonra" tamaşasının premyerası olub. Tamaşa Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə səhnələşdirilib. Minə Bayrakerinin rejissorluğu ilə ərsəyə gələn səhnə əsərində aktyorlar Neda Sözbir, Mehmet Türkbeyler, Vüsalə Əsgərova, Maruf Demirtaş, Jale Çinar, Bülent Altay, İbrahim Domruk, Murat Eren Dikbasan və Şamira Osmanova rol alıb. Tamaşanın truppa rəhbəri Bəhram Afsal, musiqi tərtibatçısı “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsinin rəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, dekor tərtibatçısı Aylin Axundova, səs tərtibatçısı isə Hilal Alp olub.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.