Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » “Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək

“Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Qazaxıstanın dövlət qurumlarının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün məqsədi iki ölkə arasında dövlət idarəçiliyində rəqəmsal həllər, ixracın təşviqi və startap ekosisteminin inkişafı sahəsində təcrübə mübadiləsini genişləndirmək olub.

Görüşdə Mərkəzi Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova, həmçinin “Enterprise Azerbaijan” portalının layihə meneceri Aydan Hüseynzadə təmsil ediblər.

Qazaxıstan tərəfdən isə Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin birinci vitse-naziri Ayjan Bizhanova, “QazTrade” təşkilatının İxracın İnkişafı üzrə direktoru Aynur Amirbekova, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Oljas Nurgaliyev, Qazaxıstanın İctimai iaşə təşkilatının nümayəndələri Veronika Daugaliyeva və Albina Ashukhanova, eləcə də Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Jamid Movsumov iştirak ediblər.

Müzakirə zamanı Azexport.az portalının rəhbəri Ayxan Qədəşov Mərkəzin fəaliyyəti, eləcə də rəqəmsal iqtisadiyyat, ixracın təşviqi və sahibkarlığın inkişafı sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Görüş zamanı Azexport.az portalının rəqəmsal sərgi zalı, elektron ticarət platformaları ilə iş prinsipi, eləcə də “Enterprise Azerbaijan” portalı çərçivəsində startap təşəbbüslərinin dəstəklənməsi və gənc sahibkarların inkişafı istiqamətində görülən işlər barədə təqdimatlar keçirilib.

Görüşdə çıxış edən Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin birinci vitse-naziri Ayjan Bizhanova qeyd edib ki, İİTKM tərəfindən tətbiq olunan layihələr müasir çağırışlara cavab verən qabaqcıl təşəbbüslərdir. O bildirib ki, Qazaxıstanda da oxşar layihələr icra olunur və bu baxımdan Azərbaycan təcrübəsi onlar üçün maraqlıdır. QazTrade təşkilatının İxracın İnkişafı üzrə direktoru Aynur Amirbekova isə Azexport.az portalının rəqəmsal ticarət modeli və sərgi zalının fəaliyyət prinsiplərini unikal yanaşma kimi qiymətləndirib. O, bu təşəbbüslərin Türk Dövlətləri arasında genişləndirilməsinin məqsədəuyğun olduğunu və beynəlxalq rəqəmsal inteqrasiyanın gücləndirilməsi baxımından böyük potensial daşıdığını qeyd edib.

Görüşün sonunda tərəflər rəqəmsal ticarət, dövlət idarəçiliyində rəqəmsal həllər, ixracın təşviqi və startap ekosisteminin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, həmçinin bu sahələr üzrə birgə tədbirlərin və layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.