Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Tehran Əlişanoğlunun “Ədəbiyyatda Ali Baş Komandan” kitabı çap olunub

Tehran Əlişanoğlunun “Ədəbiyyatda Ali Baş Komandan” kitabı çap olunub



Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, tənqidçi-ədəbiyyatşünas Tehran Əlişanoğlunun “Ədəbiyyatda Ali Baş Komandan” kitabı çap olunub. “Elm” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçisi millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda Tehran Əlişanoğlunun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi fonunda ədəbiyyatda müzəffər obrazını işıqlandıran, təhlil və təsvir edən məqalələri toplanmışdır. Son illərdə Respublika Prezidentinin beynəlxalq arenada və ölkə həyatında, geopolitikada və diplomatiya dünyasında, qlobal problemlərin çözümü və həlli istiqamətində fəal iştirakı Azərbaycanın gücünü nümayiş etdirir. Çağdaş Azərbaycanın gücü ədəbiyyatda və kitabda adekvat təcəssümünü tapmışdır.

“Azərbaycanın gücü”, “Yeganə namizədimiz – İlham Əliyevdir”, “Tarixin fürsəti”, “Qalibiyyət və Ədəbiyyatın dərsləri”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi”, “Şuşada dirçəliş havası”, “Çağdaş Ədəbiyyat dastanı”, “Bayraq dalğalandı”, “Yubiley saatı və Ədəbiyyatın missiyası”, “Ədəbiyyatda İrəvan konsepti”, “Konstitusiyamız – ədəbiyyatımız, ədəbiyyatımız – konstitusiyamızdır” başlıqlı məqalələrin hər biri Ali Baş Komandan İlham Əliyevin gördüyü masştablı işləri elmi düşüncənin predmetinə çevirir, fikir həyatımızda atdığı müstəsna xidmətləri ədəbiyyatın dili ilə analiz edir. Qeyd olunur ki, hazırda bədii, fəlsəfi-siyasi və humanitar düşüncənin kəsişdiyi ortaq konsepsiya bu tamlıqla və bütövlükdə öz ifadəsini ölkə başçısının ehtiva etdiyi lider obrazında, onun əməlində və işində tapır.

Kitabın üz qabığı Heyran Mustafazadəyə məxsusdur.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.