Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » ABŞ-nin Perdyu Universitetində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü qeyd edilib

ABŞ-nin Perdyu Universitetində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü qeyd edilib



ABŞ-nin İndiana ştatının Perdyu Universitetində (Purdue University) fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edib.

Tədbirdə universitetin müxtəlif fakültələrində təhsil alan, fərqli ölkə və mədəniyyətlərdən olan tələbələr iştirak ediblər.

Perdyu Universiteti Azərbaycan Tələbə Assosiasiyasının İdarə Heyətinin üzvü və II Azərbaycan Gənclər Forumunun iştirakçısı Kamran Hacıbəyli çıxışında Zəfər Gününün və Dövlət Bayrağı Gününün Azərbaycan xalqı üçün dərin mənəvi əhəmiyyətindən danışıb. O, belə tədbirlərin xaricdə yaşayan azərbaycanlı gənclərin milli kimliyinin qorunması və təbliği baxımından vacibliyini vurğulayıb. Tədbirdə, həmçinin assosiasiyanın digər üzvləri - Kənan Qurbanov, Şəms Adıgözəlzadə, Yusif Şükürlü, Kərim Abdullayev, Orxan Musayev Zəfər Gününün önəmindən və təşkilatın gələcək planlarından bəhs ediblər.

Tələbələr Azərbaycan musiqisinin sədaları altında rəqs edib, milli mətbəximizin ləziz təamlarını dadıblar. İştirakçılar arasında əyləncəli oyunlar, Azərbaycan tarixi və mədəniyyəti haqqında viktorinalar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib. Tədbir həm əyləncəli, həm də maarifləndirici atmosferdə keçərək, Azərbaycan mədəniyyətinin təbliği və tələbələr arasında mədəni müxtəlifliyin təşviqinə töhfə verib

Azərbaycan Tələbə Assosiasiyası gələcəkdə də milli bayramlarımızın qeyd olunması, eləcə də Azərbaycanın mədəni irsinin təbliği məqsədilə müxtəlif tədbirlər keçirməyi planlaşdırır.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.