Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Dövlət İmtahan Mərkəzinin hazırladığı elektron məlumat sistemləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb

Dövlət İmtahan Mərkəzinin hazırladığı elektron məlumat sistemləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb

Dövlət İmtahan Mərkəzinin hazırladığı aşağıdakı elektron məlumat sistemləri 3 noyabr 2025-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Elektron Təhlükəsizlik Xidməti tərəfindən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb və müvafiq olaraq fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrindən çıxarışla təmin olunub:

1. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi İS590005001;

Sistemə istifadəçi olaraq 450-dən çox ali və orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri və operatorları, o cümlədən əsasnaməyə uyğun olaraq 20 dövlət orqanının məsul əməkdaşları qoşulub. Hazırda sistemin məlumat bazasına 1 500 000 –dən çox tələbə və məzun barədə müvafiq subbakalavr, bakalavr və magistr məlumatları daxil edilib.

2.“Şagird-məzun” dövlət elektron məlumat sistemi İS590005003;

Sistemə istifadəçi olaraq 4200-dək məktəb əlaqələndiricisi və Elm və Təhsil Nazirliyinin əməkdaşları qoşulub. Hazırda sistemin məlumat bazasında 2 500 000–dən çox şəxs barədə fərdi və təhsil məlumatları mövcuddur. “Şagird-məzun“ sistemində buraxılış imtahanlarında iştirak edəcək məzunların kontingenti formalaşdırılır, buraxılış imtahanlarından sonra Mərkəz tərəfindən aparılmış yekun attestasiyaya əsasən Elm və Təhsil Nazirliyi məzunlara dövlət nümunəli təhsil sənədlərini təqdim edir.

3.“Dövlət qulluqçularının Reyestri” informasiya sistemi İS590005004;

Sistemə 300-dək Mərkəzi icra hakimiyyəti, yerli İcra hakimiyyəti və məhkəmə orqanlarının 400-dək məsul şəxsi və operatoru qoşulub. Hazırda dövlər orqanları tərəfindən 26500-dən çox dövlət qulluqçusu barədə məlumatlar reyestrə daxil edilib.

4.“Namizəd-yoxlama” elektron məlumat sistemi İS590005005;

Sistem vasitəsilə dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak edərək uğur qazanmış və sertifikat əldə etmək üçün müraciət etmiş şəxslərin, dövlət qulluğuna qəbul üzrə müsahibələrdə iştirak etmək üçün müraciət etmiş namizədlərin, qiymətləndirici olmaq üçün test imtahanında iştirak etmək istəyən şəxslərin, peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahanda iştirak etmək istəyən şəxslərin sənədləri yoxlanılır. Sistemə məlumat bazasında dövlət qulluğu, peşəkar mühasib, qiymətləndirici, sürücülük və aqrar sığorta fəaliyyəti ilə məşğul olmaq imkanı verən sertifikat və şəhadətnamələr əldə etmiş, eləcə də doktorantura üzrə xarici dil şəhadətnamələri əldə etmiş şəxslər barədə məlumatlar daxil edilib. Hazırda sistemdə 26877 sürücülük, 123 aqrar sığorta, 522 qiymətləndirici şəhadətnaməsi, 6207 peşəkar mühasib, 103334 dövlət qulluğu sertifikatı barədə məlumatlar mövcuddur.

5.“İncəsənət-məzun” elektron məlumat sistemi İS590005002;

Sistemə istifadəçi olaraq 800-dək təhsil müəssisəsi əlaqələndiricisi və Mədəniyyət Nazirliyinin əməkdaşları qoşulub. Hazırda sistemin məlumat bazasında incəsənət sahəsində diplom almış 85000–dək şəxs barədə fərdi və təhsil məlumatları mövcuddur. İncəsənət təhsil müəssisələri tərəfindən sistemə fərdi və təhsil məlumatları daxil edilərək təsdiq edilmiş məzunlar ali və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanlarında iştirak etmək üçün elektron qaydada müraciət etmək imkanı əldə edirlər.

Yuxarıda adları qeyd edilmiş informasiya sistemlərindən müvafiq məlumatlar veb servis vasitəsilə EHİS üzərindən müxtəlif dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edilir. Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2025-ci il tarixli 533 nömrəli Fərmanına əsasən Mərkəzin bu sistemlərində mövcud olan zəruri məlumatların Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin yeni yaradılacaq Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminə (MİRAS) inteqrasiya edilməsi təmin ediləcəkdir.

Reyestrin internet ünvanı: https://registry.pdp.az


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.