Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » Budapeştdə diaspor gənclərinin toplantısı keçirilib

Budapeştdə diaspor gənclərinin toplantısı keçirilib



Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Diaspor gəncləri: strateji hədəflərə doğru” mövzusunda Azərbaycan Diaspor Gənclərinin İşçi Qrupunun görüşü keçirilib. Görüşə Diaspor Gənclərinin Yay Düşərgələrində iştirak edən azərbaycanlı gənclər qatılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir yanaşmalar əsasında inkişaf edən diaspor siyasətində gənclərin xüsusi yeri barədə danışıb. Bildirib ki, müasir dünyada diaspor artıq sadəcə mədəni icma deyil, informasiya müharibəsinin güclü aktorudur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin də bu sahədə uğurları var və onlar ortaq müzakirə platformalarının yaradılması, milli-mədəni kimliyin qorunması istiqamətində faydalı işlər görürlər. Sədr, həmçinin Diaspor Gənclərinin Yay Düşərgələrinə diqqət çəkib. Düşərgələrin gənclərdə vətənə bağlılıq hissini inkişaf etdirdiyini söyləyib.

Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə diaspor gənclərinin fəaliyyətini və keçirilən tədbiri müsbət qiymətləndirib, toplantının işinə uğurlar arzu edib.

Görüşdə Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixindən və gənclərin düşərgələrə marağından bəhs edən videoçarx göstərilib. Macarıstandakı Azərbaycan Evinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə “Diaspor gəncləri: strateji hədəflərə doğru” mövzusunda keçirilən toplantı “Konstitusiya və Suverenlik İli”nə və Qarabağda Şanlı Zəfərimizin beşilliyinə həsr olunub.

Tədbirin moderatoru Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı olub.

Toplantı geniş fikir mübadiləsinin aparılması və perspektivə dair təkliflərin səsləndirilməsi ilə davam edib.


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.