Azərbaycanca Russin English
İsti xəbərlər:
» Respublika ərazisi üçün 2026-cı il iyul ayına olan hava proqnozu» Azərbaycanda yumurta niyə ucuzlaçır?» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 14-də» Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən İyunun 13-də» NƏZAKƏT HƏKİM» Respublika ərazisi üçün 2026-cı il iyun ayına olan hava proqnozu» Bakı Neft-Qaz Sərgi-Konfransından görüntülər» Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya» 26 may üçün hava proqnozu» Mayın 14-də gözlənilən hava şəraiti» VASİL ANTONOVİÇ POQORETSKİ» İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür» Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub» Konfrans öncəsi vörkşoplar davam edir» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu
Pilleler » Xəbərlər » İİTKM-in yeni nəşri “Insurtech” dərc olundu

İİTKM-in yeni nəşri “Insurtech” dərc olundu


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə əməkdaşlığı nəticəsində ”InsurTech" adlı dərs vəsaiti nəşr edilib.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gələn dərs vəsaitində "İnsurTech" fenomeninin elmi-nəzəri əsasları, tətbiq istiqamətləri və onun qlobal sığorta ekosisteminə təsir mexanizmləri kompleks şəkildə təhlil olunub. Kitabda həm beynəlxalq təcrübə, həm də milli kontekstdə rəqəmsallaşmanın sığorta sektoruna gətirdiyi imkanlar və institusional çağırışlar araşdırılıb.

“İnsurTech" dərs vəsaiti ali təhsil müəssisələrində sığorta işinin təşkili ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də, sığorta sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Dərs vəsaitinin yazılmasına maliyyə və sığorta sahəsinin aparıcı mütəxəssisləri cəlb olunub. Layihənin rəhbəri və həmmüəlliflərdən biri İİTKM-in Dövlət proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallıdır. Digər həmmüəlliflər Şəhriyar Həbilov (Azərbaycan Respublikası Mərkəzi Bankı), Ülviyyə Cabbarova (“PAŞA Həyat Sığorta” ASC), Qoşqar Şəkərəliyev (“AzSığorta” ASC), Günay Paşa (“Xalq Həyat” Sığorta Şirkəti ASC), Niyaz İsmayılov (“PAŞA Sığorta” ASC), Uğur İbrahimli (“Meqa Sığorta” ASC), Vüsal Məsiyev (İcbari Sığorta Bürosu) Coşkun Gölpınar (“Doğa Sığorta”), Fatih Acer (“İnsurtech Hub”), Serhat Toptancı (“Allianz Türkiyə”), Atilla Benli (“Zurich Yaşam ve Emeklilik”) müxtəlif fəsillərdə “İnsurTech” konsepsiyasının əsas istiqamətlərini izah ediblər.

“İnsurTech" sığorta sektorunun fəaliyyət mexanizmini rəqəmsal ekosistemə transformasiya edir. KBu yanaşma çərçivəsində süni intellekt riskləri əvvəlcədən təxmin edir, böyük verilənlər (big data) müştəri davranışlarını təhlil edir, blokçeyn etimadı möhkəmləndirir, əşyaların interneti (IoT) isə riskləri real vaxtda izləyir. Bu texnologiyalar bir araya gələrək sığorta şirkətlərini sadəcə kompensasiya mexanizmi rolundan çıxarıb, proaktiv risk idarəetməsi və fərdiləşdirilmiş maliyyə təhlükəsizliyi təmin edən qurumlara çevirir.

Kitabın elektron versiyası ilə tanış olmaq üçün linkə daxil olun:

https://ereforms.gov.az/files/publications/pdf/az/79a35d76cce9fd954db349cd937e81a3.pdf


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.