Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Özbəkistan alimləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qonağı olublar

Özbəkistan alimləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qonağı olublar

17 dekabr 2025-ci il tarixində Özbəkistan Respublikası İxtisaslaşdırılmış elmi-praktik
Epidemiologiya, Mikrobiologiya və Yoluxucu-parazitar xəstəliklər tibbi mərkəzinin elmi işlər üzrə
direktor müavini, tibb elmləri doktoru, professor Niqora Ubaydullayevna Tadjıyeva və həmin
mərkəzin Antimikrob Rezistentlik Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Qulnora
Kudratullayevna Abduxalilova Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunu ziyarət ediblər.
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun rəhbəri, tibb elmləri doktoru, professor Adil
Allahverdiyev, elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov, institutun elmi-katibi,
professor Ağasəmid İsayev və institutun Epidemiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə
doktoru, dosent Lalə Rüstəmova qonaqları institutun laboratoriyaları ilə tanış edib. Qonaqlar
laboratoriyanın şəraiti və avadanlıqlarını yüksək qiymətləndiriblər və gələcək elmi araşdırmalar üzrə
imkanların əhəmiyyətini vurğulayıblar.
Səfər çərçivəsində qonaqlarla institutun elmi hissəsinin əməkdaşları arasında görüş təşkil olunub.
Görüş zamanı tərəflər birgə layihələr üzrə imkanları müzakirə edib. Cari görüşün 27 oktyabr 2023-
cü il tarixində hər iki institut arasında imzalanmış elmi-texniki əməkdaşlıq memorandum
çərçivəsində baş tutduğu vurğulanıb.
Görüş çərçivəsində tərəflər arasında birgə elmi tədqiqat layihəsi imzalanıb. Layihəyə əsasən növbəti
üç il ərzində Azərbaycan və Özbəkistan əhalisi arasında dövr edən bəzi şərti patogen
mikroorqanizmlərin antibiotik rezistentlik xüsusiyyətləri və mexanizmləri tədqiq ediləcək. Layihə
çərçivəsində hər iki qurumun elmi əməkdaşlarının qarşılıqlı şəkildə tərəfdaş müəssisələrdə təcrübə
keçməsi, əldə olunan nəticələrin müqayisəli təhlili və nəticələrin elmi məqalə və tezislər şəklində
dərc edilməsi nəzərdə tutulur.
Görüşün sonunda institutun Elmi Şurasının 28 oktyabr 2025-ci il tarixli, 5 saylı qərarı ilə hər iki
alimə Elmi Şuranın “Fəxri üzvü” adına layiq görülüb.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.