Azərbaycanca Russin English
İsti xəbərlər:
» 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Günü ƏQLİ MÜLKİYYƏT HAQQINDA» İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub» Respublika ərazisi üçün 2026-cı il aprel ayına olan hava proqnozu» Rasim Balayev vəfat edib» Bakıda və Abşeron yarımadasında Martın 16-da» Respublika ərazisi üçün 2026-cı il mart ayına olan hava proqnozu» ÇEMPİON MƏHƏMMƏD RÜSTƏMLİ» Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər» Ümummilli Lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyi ziyarət olunub» "Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib» Balağa Həsənov Şeirlər» Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir» Yeni kitab işıq üzü görüb» İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi» LAÇIN TAYFASI» Məni hansı qızın qarğışı tutdu?..» Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşüb» LAÇINDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI» Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib» Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Pilleler » Xəbərlər » Regional məsələlər komitəsinin iclasında

Regional məsələlər komitəsinin iclasında

Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb.

Komitə sədri, ilk növbədə, ötən il dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, logistika, sosial, ordu quruculuğu və tikinti sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs edib, dövlətimizin beynəlxalq arenada daha da artan nüfuzunu vurğulayıb.

Daha sonra gündəliyə daxil olan məsələlər – 2025-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib.

Bildirilib ki, 2025-ci ilin payız sessiyası ərzində Regional məsələlər komitəsinin 7 iclası keçirilib, müvafiq komitələrlə birlikdə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. O, sessiya müddətində komitənin müvafiq dövlət orqanları və Milli Məclis Aparatının müvafiq şöbələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Məlumat verilib ki, ötən sessiya dövründə ümumilikdə komitəyə vətəndaşlardan 1267 müraciət daxil olub, bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, seçicilərlə Milli Məclisdə və yerlərdə qəbullar keçirilib, müraciətlər dinlənilib və zəruri izahatlar verilib.

Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verən Siyavuş Novruzov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.

Müzakirələr zamanı Regional məsələlər komitəsinin üzvləri Aydın Mirzəzadə, Vasif Qafarov, Elman Məmmədov, Arzuxan Əlizadə, Kamran Bayramov, Elşən Musayev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və ABMA-nın “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Adil Əhmədov çıxış edərək məsələlərlə bağlı fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.

Tədbirdə komitənin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib.

İclasda Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, üzvləri Məzahir Əfəndiyev, Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.