Azərbaycan və özbək xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir. Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət başçılarımızın uzaqgörən siyasəti və şəxsi dostluqları sayəsində müttəfiqlik zirvəsinə yüksəlib.